')

Bu gün:


FutbolPress.Az | "Əvəzetmələr oyunu dəyişə bilmir" - Sxadadze

"Əvəzetmələr oyunu dəyişə bilmir" - Sxadadze


oxunma sayı: 237 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVI turunun "Sabah" - "Qəbələ" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

-  Texniki tərəfdən yüksək oyun nümayiş etdirdik. İki şeyi vurğulamaq istəyirəm. Hücumda narahatlığımız var. 3-5 metrdən topu qapıya vura bilmirik. İkinci məqam 75 dəqiqə oynamağımızdır. Sonrasını gətirə bilmirik, əvəzetmələr oyunu dəyişə bilmir. Pressinq edirik, yaxşıdır, ancaq alınmır.

- Evdə oturmuşduz, belə təklif gəldi, qəbul etdiz və 3 oyunda da məğlubiyyət. Düşünmürsünüz ki, evdə oturmaq daha yaxşı idi?
- Evdə oturmaqdan daha çox işləmək yaxşıdır. Bura gələndə hansı problemlərin olduğunu bilirik. Oyunlarımız pis keçmir, amma yaxın məsafədən qol vura bilmirik. Burada da ustalıq səviyyəsi çatışmır.

- Qapıçı Rəşad Əzizliyə bu gün şans verməyiniz nə ilə bağlıdır?
- İki oyuna 7 qol buraxmışıq. Hər oyunçuya şans verməliyik ki, özünü göstərsin. Rəşadın kobud səhvləri olmadı. Ancaq bəzi anlarda qapıçı seyvlə komandasına fayda verməlidir.

- Artıq fərq 12 xaldır. Gözəl oyun deyirsiniz, ancaq nəticə yoxdur...
- Sadəcə dedim ki, bizdə problem realizasiyadır...

- Komanda I Liqaya düşsə, işləyəcəksiniz?
- Bura mübarizəyə gəlmişəm. Mübarizədən çəkinən deyiləm. Düşdüyümüz vəziyyətə görə futbolçular da məyusdur. Sona qədər döyüşəcəyik.

- Çempionatda siz olduğunuz müddətdən indi nə fərqlər var?
- "Qarabağ"a baxın, Avropada yaxşı oynayır. "Bayer"lə oyundakı nəticələrinə görə sevinirəm. İnanıram ki, mərhələ adlaya bilərlər. Qurban Qurbanovun səviyyəsi başqadır. Matçdan əvvəl də onların yaxşı nəticə qazanacağına inanırdım. Bizim vaxtımızda AZAL, "Xəzər Lənkəran", "Simurq" kimi komandalar var idi. İndi onlar yoxdur.

Şahin Cəfərov


oxunma sayı: 237 | Paylaş:




?>