')

Bu gün:


FutbolPress.Az | Adil Şükürov: "Bunun üzərində işləməliyik"

Adil Şükürov: "Bunun üzərində işləməliyik"


oxunma sayı: 301 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" oyunundan (3:3) sonra Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, o, əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

- Şükürlər olsun ki, azarkeşlərimizi sevindirə bildik. Ən azı bir xal əldə etdik. Qələbə də qazana bilərdik. Amma qollar buraxdıq, qələbəni əldən verdik. Bu gün Azərbaycanın ən qədim derbilərindən birini izlədik. Komandam sona qədər döyüşdü və lazım olan xalı qazandıq. Əsas məqsəd Premyer Liqada qalmaqdır.

- Bojoviç bildirdi ki, növbəti ev oyunlarınızı Sumqayıtda keçirəcəksiniz...
- Belə bir şey yoxdur. Bilmirəm bu məsələ hardan çıxıb. Bu haqda danışmamışdıq. Yenə "Azərsun Arena" haqda desəydi, inanmaq olardı.

- Stadion barədə qərar var?
- Rəhbərliklə danışırıq. Özümüzə uyğun olan stadion axtarırıq. Sumqayıt səfəri uzaqdır. Oyunçular yorulurlar.

- Ozobiç komandanızı 3 dəfə məyus etdi. Onunla bağlı futblçularınıza xüsusi tapşırıq vermişdiniz?
- Heç bir komandaya qarşı xüsusi tapşırığımız olmur. Futbolçularımıza rəqibə xüsusi nəzarət etməyi tapşırmırıq. Sadəcə dəqqiətsizlik oldu və 3 dəfə qapımızda qol gördük.

- Siz baş məşqçi təyin olunduqdan sonra məhsuldarlıq artıb. Nəyi dəyişdiniz?
- Komandama aşılıyıam ki, xal qazanmaq, oyun udmaq istəyirsinizsə, qol vurmağı, hücum etməyi bacarmalısınız. Biz son vaxtlar çox qollar buraxırıq. Bunun üstündə də işləməliyik. Daha çox rəqib qapısı qarşısında oyunumuzu keçirmək istəyirik.

- Giorgi Papunaşvili ötən tur əvəzlənərkən etiraz etmişdi. Bu gün ehtiyatda qalmağı həmin etirazın nəticəsi kimi qiymətləndirmək olar?
- Yox, onunla əlaqəsi yoxdur. Oyundan əvvəl özü yaxınlaşdı, ağrıları var idi. Hər futbolçumuza güvənib, inanıram. Onları daim formada saxlamaq lazımdır.

- Adama Niane əvəzedici heyətə göndərilib. Bu nə ilə bağlıdır?
- Daxili nizam-intizam qaydaları ilə bağlıdır. Ona görə belə qərar aldıq. Hələlik orda qalacaq.

- "Neftçi"nin çıxışını necə qiymətləndirərdiniz?
- Hər iki komanda maraqlı futbol oynadı. Daha çox qapanmışdıq.

Məlik Məlikov


oxunma sayı: 301 | Paylaş:




?>