')

Bu gün:


FutbolPress.Az | Bojoviçdən etiraz: "Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər"

Bojoviçdən etiraz: "Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər"


oxunma sayı: 315 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" oyunundan (3:3) sonra qonaq komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

- Futbolçularıma təşəkkür edirəm. Hesabda 3 dəfə geri düşdük, lakin sonra geridönüş etməyi bacardıq. Ümumilikdə çətin matç keçdi. Yaxşı oynadıq. Birinci hissə bizim üstünlüyümüz ilə keçdi. Az qalmışdı Eminin ayağını qırsınlar, lakin hakim qırmızı vərəqə vermədi. Bilmirəm hansı epizoda qırmırı vərəqə verirlər. 2  həftə ərzində 2 dəfə Tovuza səfər etmişik. Məndə olan məlumata görə, "Kəpəz" bundan sonra Sumqayıtda oynayacaq. Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər. Bu, düzgün deyil, qaydalara ziddir. Bir komanda mövsüm ərzində 3-4 fərqli stadionda oynayır.

- "Neftçi" autsayderi məğlub edə bilmir, bəs kimi məğlub edəcək?
- "Kəpəz"in autsayder olduğunu deməzdim. Komandaların hamısı eyni gücdədir. Turnir cədvəlində sıxlıq  müşahidə olunur. "Kəpəz" də inkişaf edir.

- Birinci və ikinci hissədə erkən qollar buraxdınız. Bu, komandaya necə təsir etdi?
- Cavab vermək çətindir. Fasilədə futbolçulara dedik ki, daha diqqətli başlayaq. Amma yenə də diqqətsizlikdən qol buraxdıq.

- Emin Mahmudovun vəziyyəti necədir?
- Ciddi zədə alıb. Daha dəqiqə sabah bilinəcək. Başa düşə bilmirəm ki, hansı epizoda qırmızı vərəqə verirlər.

Məlik Məlikov


oxunma sayı: 315 | Paylaş:




?>