')

Bu gün:


FutbolPress.Az | Olimpiya Təsnifat Turniri: Azərbaycan boksçuları mübarizəyə başlayırlar

Olimpiya Təsnifat Turniri: Azərbaycan boksçuları mübarizəyə başlayırlar


oxunma sayı: 169 Paylaş:

FutbolPressİtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri start götürəcək.

Futbolpress.az xəbər verir ki, artıq turnirin püşkü atılıb.

Belə ki, bu gün bir təmsilçimiz mübarizəyə qoşulacaq. Nicat Hüseynov (51 kq) Deepak Deepakı (Hindistan) sınağa çəkəcək.

Martın 12-dək “E-Work Arena”da təşkil olunacaq yarışda 113 ölkədən 602 boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına 49 (28 kişi, 21 qadın) lisenziya uğrunda gücünü yoxlayacaq. Kişi idmançılarda 7, qadınlarda 4 çəki dərəcəsində yarımfinalçılar Fransa paytaxtına vəsiqə əldə edəcək. Qadın boksçularda 57 kq-da finalçılar, 60 kq-da isə ilk 3 yerin sahibi Olimpiadada iştirakını rəsmiləşdirəcək. 

I Dünya Olimpiya Təsnifat Turniri
1/32 final


3 mart

Nicat Hüseynov (51 kq) – Deepak Deepak (Hindistan)

4 mart

Ümid Rüstəmov (57 kq) – Navvaf Alzahmi (BƏƏ)
Zeynəb Rəhimova (54 kq) – Fatma Zohra Hadjala (Əlcəzair)

5 mart

Tayfur Əliyev (63,5 kq) – Matias Amaya Lusiano (Argentina)
Sərxan Əliyev (71 kq) – Elabidine Amrouq Zine (Mərakeş)

6 mart

Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)
Şəhla Allahverdiyeva (66 kq) – Nqoc Mai Hoanq (Vyetnam)

1/16 final

7 mart

Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) – Preedakamon Tintabthhai (Tailand)

8 mart

Marjona Savriyeva (50 kq) – Meylin Çala Susan (Ekvador)


oxunma sayı: 169 | Paylaş:




?>