')

Bu gün:


FutbolPress.Az | "Sabah"ın baş məşqçisi: "Bəzi çatışmazlıqları aradan qaldırmalıyıq"

"Sabah"ın baş məşqçisi: "Bəzi çatışmazlıqları aradan qaldırmalıyıq"


oxunma sayı: 211 Paylaş:

FutbolPress"Sabah" basketbol klubu Azərbaycan Kubokunda "Şəki"yə 103:82 hesabı ilə qalib gəlib.

Futbolpress.az xəbər verir ki, qalib komandanın baş məşqçisi Rimas Kurtinaytis sonuncu perioddan narazı qaldığını bildirib:

"3 periodda yaxşı çıxış edib oyundan öncə tərtib etdiyimiz plan üzrə hərəkət etsək də, sonuncu perioddan narazı qaldım.  4-cü periodda heyətdə dəyişikliklər etsəm də, 29 xal itirməli deyildik. Ola bilər bəzi oyunçular hesab arasında fərqin 40 yüksəlməsindən sonra arxayınlaşdılar və görüşün artıq başa çatdığını düşündülər. Lakin peşəkar basketbolçu hesabı düşünməməli, sona kimi mübarizə aparmalıdır. Sonuncu hissədə isə bunu görmədim.Bunun üzərində işləməliyik".

Baş məşqçi çatışmazlıqları aradan qaldıracaqlarını bildirib:

"Lakin istənilən halda qələbə qələbədir. Ümumi götürsək oyun gözlədiyimiz kimi keçdi. Komanda olaraq xallar toplamağımız məni sevindirir. 28 assist etməyimiz topun hərəkətdə olduğunu göstərir. Aqressiv oynayaraq rəqibi 20 dəfə topu itirməyə məcbur etdik. “Gəncə” ilə oyuna qədər bəzi çatışmazlıqları aradan qaldırmalıyıq".


oxunma sayı: 211 | Paylaş:




?>