')

Bu gün:


FutbolPress.Az | Azərbaycanlı gimnastlar Almaniyada beynəlxalq turnirdə çıxış edəcəklər

Azərbaycanlı gimnastlar Almaniyada beynəlxalq turnirdə çıxış edəcəklər


oxunma sayı: 201 Paylaş:

FutbolPress2-3 mart tarixlərində Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə “Gymnastic International 2024” beynəlxalq turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bədii gimnastika üzrə məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yarışda gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova mübarizəyə qoşulacaqlar. 

Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova turnirdə ölkəmizi hakim kimi təmsil edəcək. 


oxunma sayı: 201 | Paylaş:




?>