')

Bu gün:


FutbolPress.Az | "Qarşıda uzun vaxt var, çox şey dəyişə bilər" - Şükürov

"Qarşıda uzun vaxt var, çox şey dəyişə bilər" - Şükürov


oxunma sayı: 175 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXV turunun "Sumqayıt" - "Kəpəz" oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

- Çətin oyunda qələbə qazandıq. Bütün "Kəpəz" azarkeşlərinin sevincinə səbəb olduq. Oyun istədiyimiz kimi gözəl, baxımlı deyildi.Bizimçün vacib olan nəticə idi. Matçın sonlarına yaxın daha çox müdafiəyəmeyilli oynadıq, sürətli əks-hücumlara bel bağladıq. Çox şükürlər olsun, bəhrəsini verdi. Qollarımızı vurduq və vacib üç xal qazandıq.

- Narazı görünürdünüz. Bu, nə ilə bağlı idi?
- Fikirləşirdik ki, komandaya fayda verəcək futbolçuları oyuna buraxaq. Papunaşvili yorulmuşdu, Kvirkviya istədiyini edə bilmirdi. Ona görə əvəzləməyi düşündük. Papunaşvili bizim əsas oyunçumuzdur. Onlar dayananda komanda da dayanır. Ondan narazılıq yoxdur. Sadəcə fiziki durumuna görə əvəzlədik.

- Demək olar, Premyer Liqada qalmağı dəqiqləşdirirsiniz. Bundan sonrakı hədəf nədir?
- Bu gün qələbə qazandıq, amma baxımlı futbol oynamadıq. İlk üç sırada yer alan komandalara qarşı müdafiə futbolu oynamışıq. Bu gün də əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıda uzun vaxt var, çox şey dəyişə bilər. Bunların hamısına hazır olmalıyıq. Ev oyunları məsələmiz də var, bunu da müəyyənləşdirməliyik. Bəzi komandalar bizə meydança vermədi, qarşıdakı oyunlarımızı demək olar, səfərdə oynayacağıq. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunu sığortalamaq üçün 4-5 qələbəyə ehtiyac var. Hədəf budur. Gəncəli iş adamlarını da futbola cəlb etmək istəyirik. Yaxşı nəticə qazandıqca, onlarda da maraq artacaq.

- Tovuzda stadion süni örtüklüdür. Bakıda isə meydançalar təbiidir. Hansına üstünlük verirsiniz?
- Süni örtüklü meydança çətinlik yaradır, amma Tovuz yaxın olduğu üçün əlverişlidir. Həm də azarkeşlərimiz gələ bilirlər. Lakin oyun baxımından daha yaxşı performans üçün təbii örtüklü meydança yaxşıdır. Tovuzda da bir oyunumuz olacaq. Sonrası hələ məlum deyil, danışırıq, məsləhətlər aparırıq. Təbii örtüklü meydança tapacağımıza inanıram. Bizə ən yaxın Qəbələ idi, o da alınmadı. Bakıya getmək də əlavə gün itirilməsi deməkdir. Bu şeyləri nəzərə alıb, addım atmalıyıq.

- Əsas rəqibiniz "Qəbələ"yə yeni baş məşqçi gəlib. Qısa zamanda nəsə dəyişməsi çətin olacaq. Bu, sizə əlavə stimul verir?
- Elmar Baxşıyevin getməsini istəmirdik. Lakin biz öz komandamızı düşünürük. Sxadadzenin "Qəbələ"yə gəlməsiylə bağlı narazılığımız yoxdur.

Şahin Cəfərov


oxunma sayı: 175 | Paylaş:




?>