')

Bu gün:


FutbolPress.Az | Samir Abasov: "Taleyimizlə barışmışıq"

Samir Abasov: "Taleyimizlə barışmışıq"


oxunma sayı: 709 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXV turunun "Sumqayıt" - "Kəpəz" oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

- Rəqibi təbrik edirəm. Oyunumuzda nə alındı, nə alınmadı indi demək olmur. Fikirləşirəm ki, mən tərəfdən futbolçuların da üzərinə getmək düzgün olmaz. Onlar da üzgündürlər, qələbə istəyirdilər. Planlaşdırmadığımız məğlubiyyətlə üzləşdik. Bu vəziyyəti xeyrimizə çevirməyə çalışacağıq. Qarşıda çətin oyunlar var. Futbolçuların üstünə getmək istəmirəm. Bəzi şeylər alınırdı, bəzi şeylər tələskənlikdən alınmırdı. Görünən o idi ki, futbolçular qələbə istəyirdilər, indi hansı vəziyyətdə olduqlarını demək çətin olar. Məndən beşqat daha pisdirlər. Qarşıdakı oyunlara kökləməyə çalışacağıq. Oyunları təxmin etmək olmur. Xeyirlisi, inşallah, görək.

- Əsas heyətin iki oyunçusu yox idi. Qarşıda da zədə, cəza qaçılmazdır. Ehtiyat skamyanız zəifdir. Rəqibləriniz qələbə qazansa, 5-ci sıraya geriləyəcəksiz...
- Transfer Cordan oldu. Bunu dəfələrlə demişəm, transfer məsələlərində ciddi hərəkət etmək lazımdır. Cordan son oyununu dekabrda oynayıb. İki aydır, oynamırdı. Məcburuq ki, onu çempionat matçlarıyla formaya salaq. Bu da bizə təsir edir. Ehtiyat skamyasının zəif olması bizə problem olacaq. Dəfələrlə demişəm, amma biz bu haqda düşünməli deyilik, vəziyyətlə barışmalıyıq. İnanın, bu suallar artıq cavabsızdır. Taleyimizlə barışmışıq.

- Sumqayıt sakinlərini stadiona necə cəlb etmək olar?
- Bu, bizim futbolun problemidir, şəhərlərə bölməyək. Bir az sərt olacam, bəlkə də, kimlərinsə xoşuna gəlməyəcək. Bura gələn fanatlarımızı demirəm, onlar bizə dəstək olublar. Bacardığımız qədər yaxınlarımız, dostlarımız, qardaşlarımızı dəvət etməyə çalışırıq. Fan klubumuz yanımızda olur. Onlara gəldiklərinə görə həmişə təşəkkür edirəm. Bu gün Sumqayıtda heç bir azarkeşin ixtiyarı yoxdur ki, komandaya desinlər ki, niyə uduzdunuz. Gəlib dəstəkləməlidirlər və deməlidirlər ki, niyə qalib gəlmədiniz. Sən bura Hissə baxmaq üçün gəlmisənsə, gəlmə, evində bax. Belə fanatların nəyisə dilinə gətirməsi düzgün deyil. İstəyirlərsə, gəlib dəstək olsunlar, biz də onların dəstəyi ilə oynayaq. Dünənə qədər stadion-stadion deyənlər var idi, onlara görə vaxtı da dəyişdik ki, uyğun olsun. Gəlmirlər. İndi onların ixtiyarı yoxdur ki, komandaya gəlib nəsə desinlər. Bir sumqayıtlı kimi bunu deyirəm.

Şahin Cəfərov


oxunma sayı: 709 | Paylaş:




?>