')

Bu gün:


FutbolPress.Az | Milli komanda 3-cü matçında qalib gəldi

Milli komanda 3-cü matçında qalib gəldi


oxunma sayı: 78 Paylaş:

FutbolPressQadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.

Futbolpress.az xəbər verir ki,  Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət heyət 3-cü oyunda ağ fiqurlarla rəqibini məğlub edib.

Oyun 3:2 hesabı ilə Azərbaycanın qələbəsi ilə başa çatıb.

Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq. Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.

Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidi.


oxunma sayı: 78 | Paylaş:




?>