')

Bu gün:


FutbolPress.Az | Sxadadze pis başladı  - lider fərqi artırdı

Sxadadze pis başladı - lider fərqi artırdı


oxunma sayı: 288 Paylaş:

FutbolPress“Qarabağ” Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış oyunda “Qəbələ”ni səfərdə məğlub edib – 4:0. Turnir cədvəlinin lideri bu nəticədən sonra ən yaxın izləyicisi “Sumqayıt”la xal fərqini 21-ə yüksəldib – 57-nin 36-ya.

Oyun həm də Kaxaber Sxadadzenin “Qəbələ”nin baş məşqçisi kimi ilk sınağı oldu. Gürcüstanlı mütəxəssis ilk imtahandan xalsız qaldı. Rəqib “Qarabağ”dır və bu komanda Avropa Liqasında 1/8 final mərhələsinə yüksəlməyi bacarıb. Favorit “Qarabağ” idi, söz yox, lakin autsayder “Qəbələ”nin ciddi diş göstərə bilməməsi müzakirə oluna bilər. İlk hissədə bir-iki epizod yaxalayan “qırmızı-qaralar” fasilədən sonra Feras Abu Akalın sərt oyunundan sonra azlıqda qaldı. Yarımmüdafiəçinin qovulması komandanın bütün planlarını pozdu. Güclü "Qarabağ" qarşısında 10 nəfərlə maksimum güc sərf edərək hesabı qorumağa çalışan "Qəbələ" buna da nail olmadı. Qurbanovun komandası daha 3 qol vuraraq yekun nəticəni müəyyənləşdirdi.

“Qəbələ” turnir cədvəlinin sonuncu sırasında qərarlaşıb – 15 xal. Sxadadzenin rəhbərlik etdiyi kollektivi 9-cu sıradan 8 xal fərq ayırır. Qarşıda 12 tur var və fərqi bağlamaq, hətta, önə keçmək mümkündür, amma... “Qəbələ” əvvəlki illərdə sərgilədiyi hücum futbolundan uzaq düşüb. Sxadadzenin işinə bir oyunluq qiymət vermək düzgün olmaz. Lakin mütəxəssisin zirzəmiyə kök salmış komandanı bu durumdan necə çıxaracağı sual altındadır.

Kamil Əhməd


oxunma sayı: 288 | Paylaş:




?>