')

Bu gün:


FutbolPress.Az | Kaxaber Sxadadze: "Qolları hədiyyə etdik"

Kaxaber Sxadadze: "Qolları hədiyyə etdik"


oxunma sayı: 674 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXIII turundan təxirə salınmış "Qəbələ" - "Qarabağ" (0:4) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

- Qarabağ"I təbrik edirəm. Avropada yaxşı çıxış etdilər. 10 nəfərlə qaldılar, lakin növbəti mərhələyə vəsiqə qazandılar. Bu gün də qalib gəldilər, futbol 90 dəqiqə oynanılan oyundur. İlk hissədə daha yaxşı çıxış etdik. İkinci hissədə azlıqda qaldıq. Bütün oyunçulara şans verməyə çalışdıq. İlk 45 dəqiqədə oynadığımız kimi digər matçlarda çıxış etsək, daha yaxşı olacaq. Rəqibin 4 qolundan 3-ün hədiyyə etdik.

- İlk matçın "Qarabağ"la olması planlarınızı həyata keçirməyə nə qədə mane oldu?
-  Gec-tez onlarla oynayacaqdıq. Düşünürəm ki, komanda yaxşı pressinq etdi. Oyundan sonra Qurban müəllimlə söhbət etdik. Oyunçular başa düşməlidir ki, "Qəbələ" böyük klubdur. Bura gəlmişik ki, komandanı bu vəziyyətdən çıxaraq. İlk 45 dəqiqədə qol imkanları oldu. "Qarabağ"a qarşı imkanlar yaratmaq çətindir. İki gündür gəlməyimizə baxmayaraq, ilk 45 dəqiqədəki oyun xoşuma gəldi. Qolları hədiyyə etdik. Oyunu unutmalıyıq. Bunları bəhanə gətirmirəm.

-  5-4-1 sistemini Azərbaycanda ən yaxşı tətbiq edən məşqçilərdən olmusuz. Bu sistemi "Qəbələ"də oturtmaq üçün sizə nə qədər vaxt lazım olacaq?
- Birinci hissədə bu sistemi görə bildim. Bunu 90 dəqiqə etmək lazımdır. "Qarabağ" kimi komandaya bunu etmək çətindir.

- Şəxsi əlaqələrinizdən istifadə edib azad agent olan hansısa futbolçunu dəvət etmək olar ki, komandanı çətin vəziyyətdən çıxarssın?
- Hər şeyə hörmət edirik. And içə bilərəm ki, mənə ilk zəng "Qəbələ"nin son məğlubiyyətindən sonra - gecə saat 12-də olub. Onda da pul söhbəti olmayıb, sadəcə dostluq naminə gəlmişəm bura. 2 gün ərzində 5 oyuna baxdıq səhərə qədər. İki gün çalışdıq. Onun da nəticələrini bu gün gördük.

- 10 il ərzində nələr dəyişib?
- Bura mənim üçün doğma məkan olub. Hər zaman oyunlara baxmışam. "Qarabağ"ı qoyaq kənara, onlar yüksək səviyyədədir. 2 oyunda da qalib gəlsələr, az qala çempion olacaqlar. Yaxşı stadionlar var. Futbolun inkişafı üçün stadionun çox olması yaxşıdır.

Məlik Məlikov


oxunma sayı: 674 | Paylaş:




?>