')

Bu gün:


FutbolPress.Az | "5 manat artıq verirlər, lakin futbolçu karyeran məhv olur" - Qurbanov

"5 manat artıq verirlər, lakin futbolçu karyeran məhv olur" - Qurbanov


oxunma sayı: 760 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXIII turundan təxirə salınmış "Qəbələ" - "Qarabağ" (0:4) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

- Futbolçularımı təbrik edirəm, iki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə oynayırdıq. 5-4-1 sistemini düzgün yerinə yetirən komandaya qarşı çıxış edirdik. İlk hissə asan olmadı. İkinci hissədə erkən qol və qırmızı vərəqə bizim işimizə yaradı.

- "Neftçi" ilə matçda "Bayer"ə qarşı çıxaracağınız heyətlə çıxış edə bilmə ehtimalı var?
- Ona bilər ona yaxın heyət olsun. Çox ehtiyyat edirdik bu gün. Oyunçular çox yorğundur. Bəzi futbolçuları sonradan da meydana buraxmağa ehtiyyat edirdik.

- Juninyonun vəziyyəti necədir?
- Sabah MRT müayinəsindən sonra dəqiq bilinəcək.

Sxadadzeyə qarşı oynamaq hansı nostalji hissləri oyatdı.
- Xoş oldu ona qarşı oynamaq. Onun komandasına qarşı hazırlaşmağa hər zaman çox vaxt sərf etmişəm. Öz oyun stilini düzgün yerinə yetirən məşqçidir. Hər şeyi dinamik tələb edir.

- Nəriman Axundzadən inkişaf etmək üçün xarici çempionatların birində çıxış etsə, razı olarsınız?
- Təcrübəm onu deyir ki, gənc futbolçuların "Qarabağ"da oynaması onların inkişafını tezləşdirir. Dəfələrlə belə addımlar atmışıq. İstər-istəməz başqa mentalitetdə olan futbolçulardır. Avropaya getmək bəlkə də tezdir. Ona bilər ki, getsələr inkişaf dayanacaq. Burada qalsalar, 2-3 il sonra getsələr daha uyğun olar.

- Mahir Emrelinin taleyini yaşaya bilərlər?
- Tək Mahir deyil, Musa da gedib. Ramil də xarici ölkəyədə çıxış edir. Ümumən çox futbolçu burada daha da inkişaf edə bilərdi. Legioner həyatı yaşamaq hər futbolçu üçün asan deyil. Onların tələbləri, yaşam tərzi fərqlidir.

- Tsxadadze nə deyirdi sizə?
- Oooo, nə var, nə yox, çoxdandır görüşmürük... (gülür). Təbrik elədi. İşimizə çox böyük dəyər verdi.

- Bəhlulun legioner həyatı yaşayacağı ilə bağlı fikirlərə nə deyə bilərsiniz?
- Bu barədə məlumatım yoxdur. Əvvəlki söhbətlərə qayıdırıq, amma işi düzgün dəyərləndirmək lazımdır. Ad üçün gedirlər, amma 2-3 ay sonra nəsə olmur. Futbolçu daim oynamalıdır. Burada əgər 90 dəqiqə meydanda olursansa, iki komandanı udursan. Milli və "Qarabağ"ı. Amma bəzən legionlər milli komandada əsas heyətə düşə bilmir. Bəzən futbolçular qərarları düzgün verməlidirlər. Tək onlar yox, ailələri də. 5 manat artıq verirlər, lakin sonra futbolçu karyeran məhv olur. Məsuliyyətli yanaşmalıyıq. Azərbaycanın övladlarıdır. Futbola cavabdeh qurumlar buna ayrıca diqqət ayırmalıdır. Bir fikir atırlar ki, bu varsa, ölkədə futbol var, legioner yoxdursa, futbol yoxdur. Əlimizdə futbolçuların idman formasını qorumağa imkan varsa, düzgün qərar lazımdır. Hamı deyir legioner həyatı yaşasalar milli komanda yaxşı olar. Amma həmin komandada oynasalar.

- Sizcə, Premyer Liqadan düşmək ləğv olunmalıdır, yoxsa idman prinsipləri qorunmalıdır?
- Komanda sayını artırmayacaqlarsa, qaydalara riayət etmək lazımdır. Əvvəllər mən İcraiyyə Komitəsinin üzvü olanda da bu məsələ müzakirə olunmuşdu. Mən o fikirdə qaldım ki, idman prinsipləri qorunmalıdır. Birdəfəlik sistem qurmaq lazımdır. Hamı bilməlidir ki, nə üçün mübarizə aparır. Aşağı liqanı da yaxşılaşdırmaq lazımdır.

- "Bayer"la oyununda əvvəl "Neftçi" ilə qarşılaşmaq planlarınızı pozur?
- Deməzdim. Bundan əvvəl iki dəfə "Sabah"la oynadıq. Onlar da bizim üçün vacib oyun idi. Onları düşünsək, uduzmuş olarıq. Nə planımız var, ona uyğun addım atmalıyıq.

Məlik Məlikov


oxunma sayı: 760 | Paylaş:




?>