')

Bu gün:


FutbolPress.Az | Rәşad Sadıqovun müdafiә fenomeni

Rәşad Sadıqovun müdafiә fenomeni


oxunma sayı: 1280 Paylaş:

FutbolPress"Zirә" 10 turdan sonra qәlәbә qazandı. Bu mövsüm rәngarәng  performans sәrgilәyәn "Araz Naxçıvan"ı onun meydanında üç cavabsız qolla mәğlub edәn Rәşad Sadıqovun komandası tilsimi qırdı. O baxımdan ki, "qartallar" 24 turu arxada qalan cari mövsümdә, nәhayәt, bir oyunda üç qol vurdu.

"Zirә"nin qәribә, qeyri-adi sistematik statistikaları var. Bu haqda yaxın günlәrdә geniş bәhs edәcәyik, bu dәfә sırf bu mәqama toxunmaq yerinә düşәr.

Belә ki, Sadıqovun "drujinası" bu mövsüm 24 tura cәmi 13 qol buraxıb vә bu, ortalama hәr oyuna cәmi 0.54 qol edir. Bu, müstәqillik dövrünün rekordudur.

"Zirә"dәn sonra әn az qolu "Qarabağ" buraxıb - 7 qol daha çox (20).

Hücumda axsaqlıqları, adәtәn, tez-tez müzakirә olunan bu komandanın mәhsuldarlıq göstәricisi 24 tura 17 qoldur vә 10 komanda arasında ikinci әn pis nәticәdir - bundan pis göstәrici sonuncu pillәdәki "Qәbәlә"yә mәxsusdur (16 qol).

Rekord göstәrici Sadıqovun fenomenal müdafiә tәfәkküründәn xәbәr verir vә bu qeyri-adi göstәriciyә nail olmağın potensialını öyrәnmәyә dәyәr.

Kamil Әhmәd


oxunma sayı: 1280 | Paylaş:




?>