')

Bu gün:


FutbolPress.Az | Azәr Bağırovun xәtası...

Azәr Bağırovun xәtası...


oxunma sayı: 940 Paylaş:

FutbolPress"Araz Naxçıvan"ın baş mәşqçisi Azәr Bağırov Azərbaycan Premyer Liqasının XXIV turunun "Araz-Naxçıvan" - "Zirə" oyunundan (0:3) sonra mәtbuat konfransında belә fikir işlәdib - "Hәr üç qol epizodunu özümüz verdik".

Bu tip cümlәni rәhmәtlik Böyükağa Hacıyev işlәtsәydi, düşünәrdin ki, avantürist tipajdır, inversiv reaksiyalarına öyrәşmişik vә s.

Ancaq Bağırov elә deyil. O, sabit vә şablon mәşqçi tipindәdir. Ona görә dә elә fikir sәslәndirmәsi anormaldır.

PRO kateqoriyalı mәşqçi üç cavabsız qolla mәğlubiyyәti - hәr üç qol epizodunu özümüz verdik - tipindә danışırsa, o, әn әvvәl rәqibin böyükhesablı qәlәbәsinә, ümumiyyәtlә, üstünlüyünә hörmәtsiz yanaşır... Fikrin o biri üzü isә budur ki, "Araz Axçıvan" bu oyuna yaxşı hazırlaşmayıb. Üç qolun hәr birini rәqibә "bәxşiş" etmәyi baş mәşqçi ifadә edirsә, bu haqda başqa nә düşünәsәn?!

Tәcrübәli mütәxәssis mәğlubiyyәtә görә komandasını bu dәrәcәdә tәqsirlәndirmir...

Ümumiyyәtlә, Bağırov özünüifadә mәsәlәlәrindә sәliqәli biri kimi tanınıb, bu dәfә bu formada fikirlәr işlәtmәsi hәtta müәmmalı hesab edilә bilәr...

"Araz Naxçıvan"da daxili ab-hava Bağırovun mәlum açıqlamasındakı gәrginliyin mәnbәyi olmasın...(?)

"FutbolPress"


oxunma sayı: 940 | Paylaş:




?>