')

Bu gün:


FutbolPress.Az | Köhnә hamam, köhnә Kaxa - "Qәbәlә"ni nә gözlәyir? (TӘHLİL)

Köhnә hamam, köhnә Kaxa - "Qәbәlә"ni nә gözlәyir? (TӘHLİL)


oxunma sayı: 2075 Paylaş:

FutbolPress"Qәbәlә" böhranlı dövranın sonlandırmaq üçün müxtәlif addımlar atmaqdadır. Akademiyanın direktoru vә klubun baş meneceri Nail Kәrimov bölgә klubundan ayrıldı vә artıq "Qarabağ"ın işçisidir. O, klubu uğursuzluq zolağından çıxarmaq üçün dәvәt edilәn köhnә-yeni kadr Sәbuhi Sәfiyarlının isteblişmentә dәvәt edilmәsindәn sonra ayrılmaq qәrarı vermişdi.

Komandanın baş mәşqçisi Elmar Baxşıyev dә sırağagün istefa verdi. Sonuncu pillәdә "möhkәmlәnmәkdә" davam edәn "qırmızı-qaralar"ın qara günlәrinin başlandığı - Premyer Liqadan düşәcәyi düşüncәlәri yaranarkәn dünәn salyut effektli bir xәbәr çıxdı - Baş mәşqçi Kaxaber Sxadadze!

Dәrhal ilk fikir:

+ "Qәbәlә"dә maliyyә böhranı olması ehtimalı yoxdur.

+ "Qәbәlә"yә gәlәcәk üçün tutarlı vәd verilib.

Ok, bu tezislәr әsasında vәziyyәtin ilkin tәhlilini aparaq.

Sәfiyarlı ilә hәlә uzaq "İnter" tarixindә iş yoldaşı olmuş Sxadadze, böyük ehtimalla, bu xәtt vasitәsiylә gәlib vә güman ki, o, bura nәyәsә inandırılaraq gәtirilib.

1.5 illik müqavilә dә bundan xәbәr verir. Ümumiyyәtlә, Sxadadzenin 8 xallıq fәrqi aradan qaldıracağı çox da real görünmür. Heç onun mәhz ilin-günün bu vәdәsindә APL-in sonuncu pillәsindә qәrarlaşan kluba gәlmәyә razılaşması cari plan mәsәlәsi dә ola bilmәz.

Bu mәqam kuluarlarda bir müddәtdir dolaşan yeni sponsor söhbәtlәrinin ilkin cücәrtisini dә özündә ehtiva edә bilәr, eyni zamanda miqyası daha geniş müstәviyә çıxarmaq da olar - növbәti mövsüm APL-dә komanda sayı 12-ә qaldırılacaq, ölkәdә әn yaxşı infrastruktura malik "Qәbәlә" sonuncu yeri tutsa da, I Diviziona düşmәyәcәk.

Sәfiyarlının tәyinat günü sәslәndirdiyi  "gәmini bataqlıqdan çıxarmaq" - iddiası/anonsu da pozitiv ehtimaldan qaynaqlanan açıqlamaya oxşayırdı...

Kamil Әhmәd


oxunma sayı: 2075 | Paylaş:




?>