')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Zaur Tağızadə elə ona görə "qızıl oğlan"dır"

Qurban Qurbanov: "Zaur Tağızadə elə ona görə "qızıl oğlan"dır"


oxunma sayı: 148 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" oyunundan sonra (2:0) meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı düşüncələrini bölüşüb:

- Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək çətin idi. Lakin bunu bacardılar. Oyunun ritmini saxlaya bildilər. Maraqlı oyun idi. Samirə uğurlar arzu edirəm.

- Sıx qırafikiniz var. "Qəbələ" və "Neftçi" ilə qarşılaşacaqsınız. Düşünmürsünüz ki, "Qəbələ" ilə oyun təxirə salınmasaydı daha yaxşı olardı.
- Bu həftə oyun olmasaydı daha yaxşı olardı. Amma "Braqa" ilə oyundan sonra həmin matçın təxirə salınması vacib idi. Bu dəfə də bu oyunun təxirə salınmasını istəmişdik, proqram təstiq olunmuşdu deyə çətin oldu. İstirahət olsaydı daha yaxşı olardı. 120 dəqiqədən sonra futbolçuların çox istirahətə ehtiyacı var.

- Mümkündürmü ki, "Neftçi" ilə oyun təxirə düşsün?
- Düzü biz bu oyunu istəyirdik.

- "Bayer"in düşərgəsində olmuşdunuz. Alonso sizə "Bayer"in zəif cəhətləri barədə sirrləri açmışdı?
- Ümumi diskusiyamız oldu. Bəzən oyunun gedişatında dəyişiklik edir. Bunu analiz edəndə də görüşdük. Bizimlə matçlarda da iki fərqli oyun oynamışdı. Futbol dili birdir, sadəcə oyunçuların ustalıq səviyyəsi, il ərzində tempdə oynamağı üstünlükdür.

- Türkiyə mətbuatı "Fənərbağça"nın skautlarının Juninyonu izlədiyini yazmışdı. Bununla bağlı sizə müraciət edilib?
- Yox.

- Mövsümün əvvəli sizin üçün yaxşı başlamamışdı. Amma indi çox irəli getmisiniz. Həmçinin, avrokuboklarda tarixi nəticə əldə edirsiniz. Ölkə çempionatında rəqiblərin sizə qarşı zəif mübarizə aparması gələn mövsüm üçün sizə problem yarada bilər?
- Bəlkə də mənim üçün cavab vermək çətin olacaq. Bu oyunlara uyğunlaşmışıq. Oyunçuları lazım olan qaydada hazırlayırıq. Bu gün olan potensial budur.

- Azarkeşin az gəlməsi səviyyə ilə bağlıdır?
- Azarkeş meydanda olanda futbol daha yaxşı görünür. Bu, futbolçulara əlavə məsuliyyət yükləyir. Onda oyunçu daha çox qol vurmaq istəyər.

- Diakabini komandadan ayrılmağı gündəmdə idi. Lakin hazırda şans verirsiniz, o da qol və qollar vurur. Bu iddia hələ də qüvvədədir?
- Bizim tərəfdən belə bir iddia olmayıb. Belə bir təklifimiz də olmayıb. Yazılarda belə qeyd olunurdu. Bu da məlumdur. Az şans qazanırdı. Bu gün o bizim oyunçumuzdur.

- "Braqa" ilə oyundan sonra Elçin Rəhmanov haqda danışmışdınız. Həmçinin, Zaur Tağızadəni qeyd etmək olar. Zaur Tağızadə mətbuata qapalıdır. Bunun səbəbini soruşmusunuz?
- Zaur Tağızadə elə ona görə "qızıl oğlan"dır (gülür). Onun xətrini hamı çox istəyir. Oynayan vaxtda da onun müsahibəsini az görürdük. Hərənin öz işi var. Sizin suallarınız var, mənə verin. Bilmirəm, sual vermisiniz ya yox, amma məncə, yaxınlaşsanız yox deməz.

- Səsiniz tutulub. Soyuqlama var, yoxsa "Braqa" ilə oyundan sonra tam açılmayıb?
- Bilmirəm, nə olubsa, orda olub. Soyuqda olsa orda olub, səsim də orda tutulub. Amma özümü yaxşı hiss edirəm

Məlik Məlikov


oxunma sayı: 148 | Paylaş:




?>