')

Bu gün:


FutbolPress.Az | "Yaxın 10 ildə "Qarabağ" kimi komanda qurmağı məndən gözləməyin" - Abasov

"Yaxın 10 ildə "Qarabağ" kimi komanda qurmağı məndən gözləməyin" - Abasov


oxunma sayı: 466 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" oyunundan sonra (2:0) qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı düşüncələrini bölüşüb:

- Rəqibi "Braqa" üzərindəki qələbə və bu oyundakı 3 xal münasibətilə təbrik edirəm. Danışılası bir şey yoxdur. Uduzduq. Rəqibin gücü bəllidir. Udmaq üçün nələrisə etməyə çalışdıq. Hücum xəttimiz dişsiz idi. Əks-hücumlara tez çıxmağa çalışdıq. Amma bunu bacarmadıq. Bu gün "Qarabağ" gücü var. Uduzanda komandanın üstünə getmək olmur.

- Komanda ikinci yerdədir, lakin qolların nisbətində nəticə mənfidir. Bu nəylə əlaqədardır?
- Bu gün analiz etsəz, görərsiniz ki, müdafiədə pis deyilik. Bu mənfilər "Qarabağ"la əlaqədardır. Çünki bu komandadan 12-13 top buraxmışıq. Onlara qarşı oynaya bilmirik. Futbolçulardan istəyim o idi ki, hesab nə olursa-olsun, dəsti-xəttini qoruyub saxlamalısan. Bəlkə də bu oyunda böyük hesabla bitərdi, amma üslübumuzu pozmadıq. Belə oyunlarla böyüyürsən. Oyunumuzun böyük hissəsi alınmadı. Üstün cəhətimiz odur ki, rəqibə çox epiozdlar vermirik.

- "Qarabağ" müəyyən dəyişikliklər etmişdi. Əsas heyət olsaydı, rəqib daha çox qol vura bilərdi?
- Məncə, əsas heyət saymadığınız Diakabinin maaşı bəlkə də mənim oyunçularımın aldığından üstündür. Bu necə əsas heyət olmur? Əsas heyət deyilsə, versinlər mənə. Bir onların ehtiyatına baxın, bir bizim. Bu gün "Qarabağ"ın ikinci heyəti çempionatda hamını uda bilər. Ən azı aldıqları pula görə. İkinci heyət saydığınız oyunçuların qiyməti, "Sumqayıt"ın toplam büdcəsindən çoxdur.

- Nə zaman "Sumqayıt"da da "Qarabağ"ın potensialı olacaq?
- İnan Allah suala verilən cavab yersiz olacaq. "Qarabağ"a rəqib olmaq üçün işi düz qurmalısan. "Qarabağ" 1 ilin komandası deyil. Burada o qədər nüanslar var ki. Struktur düzgün olmalıdır. Azərbaycan klubları "Qarabağ"a baxıb dərs götürsünlər. Bu gedişlə yaxın 10 ildən "Qarabağ" kimi komandanı qurmağı məndən gözləməyin. Çünki onlar qədər büdcə lazımdır.

- Qorxmursunuz ki, məğlubiyyətlər komandada tənəzzülə gətirib çıxarar?
- Qorxmuruq. Əvvəldən qarşımıza qoyulan məqsəd çempionatda qalmaq idi. 2-3 tura da bunu həll etməyə çalışacağıq. Yerimizi də qorumağa çalışacağıq. Bizə yaxın komandalar var, onlar bizi keçə bilər. Əsas ilin əvvəlində qarşımıza qoyulan məqsədə nail olmaqdır. Ondan sonra yaxşı komanda qurmağa çalışacağıq.

- Bu mövsüm ilk dəfədir ki, ikinci yer uğrunda gərgin mübarizə gedir.  "Qarabağ" kuboku qazansa, ikinci yer Avropa Liqasına vəsiqə qazanacaq.  Açıqlama da vermişdiniz ki, çempionatı kuboka qurban verməyəcəyik. Bütün bunlar ikinci yer üçündür?
- Nəyisə bölmürəm. Digərlərindən fərqli olaraq mən reallığı deyirəm. Bu heyətlə iki cəbhədə mübarizə aparmaq çətin olacaq. Birində canını qoymalısan. Kubokda hər şeyimizi qoysaydıq sonrakı oyunda çətin uğur qazanaq. Həddindən artıq istəyirik ki. avrokuboklara vəsiqə qazanaq. Oyunumuzla buna yaxınıq. Bir çətinlik çəkdiyimiz komanda "Qarabağ"dır. Digər rəqiblərlə meydana 3 xal üçün çıxırıq.
Hər bir ölkədə avrokuboklarda oynaya biləcək komanda yaratmaq olar. "Qarabağ", "Şerif" bunu göstərib.

- Komandalar niyə ikinci yerə can atmalıdır?
- Bu gün ikinciliyə oynamağımız "Sabah" və "Neftçi" ilə əlaqəlidir. O komandalar top səviyyədə olsaydı, onda 4-cü yer uğrunda oynayacağdıq. Həmin komandaların ilin əvvəlindəki problemləri bizə kömək etdi. Keçən ilki "Sabah" olsaydı, kim deyə bilərdi ki, biz ikincilik uğrunda oynayırıq? Onda siz mənə 4-cü yer uğrunda mübarizə üçün sual verəcəkdiniz. Reallığı danışaq.

- "Neftçi" ilə "Sabah"ın zəifləməyinə sevinirsiniz?
- "Sabah" haqda soruşursunuzsa, cavab verərəm, "Neftçi" haqda danışmaq istəmirəm. Bütün rəqiblərin, hətta "Qarabağ"ın belə bizlə zəif oynamağına sevinirəm. Amma nə edək, uda bilmirik axı.

Məlik Məlikov


oxunma sayı: 466 | Paylaş:




?>