')

Bu gün:


FutbolPress.Az | "Ləğv olunan penaltidən sonra uşaqlar "sındı" - Azər Bağırov

"Ləğv olunan penaltidən sonra uşaqlar "sındı" - Azər Bağırov


oxunma sayı: 98 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIV turunun "Araz-Naxçıvan" - "Zirə" oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb...

- "Zirə"ni təbrik edirəm. Birinci hissədə istədiyimizi edə bildik, mübarizə apardıq. Oyunun 60-cı dəqiqəsində oyundan düşdük və məğlub olduq. Toparlanıb, qarşıdakı oyunlara köklənmək lazımdır.

- Qırılma anı penalti qərarının dəyişməsi olması idi?
- Son dönəmlərdə lehimizə, əlehimizə çox qərar görürük. Çoxu da əlehimizə olur. Bilmirəm, ofsayd xəttini necə çəkmişdilər, nə qədər baxsaq da, görmədik. Bundan əlavə qol imkanlarımız da var idi. Qol vursaydıq, başqa atmosfer olacaqdı. İlk hissədə yaxşı oynadıq. İstədiyimizi meydanda göstərə bilirdik. Belə məğlubiyyət təəssüfləndirir.

- "Zirə" son 10 oyunda qələbə qazana bilmirdi. Bu gün onların daha istəkli olacağını nəzərə almışdınız?
- Əlbəttə, nəzərə almışdıq. Üç qol epizodunu da özümüz verdik. Qapımıza təyin olunub, sonra ləğv olunan penaltidən sonra uşaqlar "sındı".

Şahin Cəfərov


oxunma sayı: 98 | Paylaş:




?>