')

Bu gün:


FutbolPress.Az | Rəşad Sadıqov: "Qələbəni onlara həsr edirik"

Rəşad Sadıqov: "Qələbəni onlara həsr edirik"


oxunma sayı: 102 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIV turunun "Araz-Naxçıvan" - "Zirə" oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- Azarkeşlərə təşəkkür etmək istəyirdim. 10 turdur qələbə qazana bilməsək də, dəstəklərini göstərdilər, bizi motivasiya etdilər. Bugünkü qələbəni onlara həsr edirik. Kritik məqamda vacib üç xal qazandıq. Uşaqlar böyük əzmkarlıq göstərdilər. İlk hissədə komandalar ehtiyatlı oynadı. Fasilədən sonra isə açıq futbol gördük. İkinci hissədə çoxlu hücumlar, qol imkanları oldu. "Araz-Naxçıvan" əzmkar mübarizə aparırdı. 3:0 olsa da, çətinliklə qazandıq.

- Hakimlikdən razı qaldınız?
- Bir dəfə də bu sual verilmişdi. Əsas odur, səhvsiz oyun olsun. Meydandan çıxanda iki komanda da razı qalsın. Maksimum istədiyimiz budur.

- Bugünkü qələbənin ardını gətirə biləcəksiniz?
- Çempionatda qol vurmaq çətindir. Bəlkə də, tarixin ən az qollu mövsümünü keçiririk. Əsas problemimiz son zərbələrdə dəqiq ola bilməməyimiz idi. Bu gün bunu aradan qaldırdıq və belə hesabla qələbə qazandıq.

Şahin Cəfərov


oxunma sayı: 102 | Paylaş:




?>