')

Bu gün:


FutbolPress.Az | Şahin Diniyev:  "Meydanda xarakter göstərdik"

Şahin Diniyev: "Meydanda xarakter göstərdik"


oxunma sayı: 288 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIV turunun "Səbail" - "Sabah" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- Həmkarım İqor Ponomaryovun ad gününü təbrik edirəm. Əfsuslar olsun, belə gündə məğlub oldular. Necə komandaya qarşı oynadığımızı bilirdik. "Sabah" yaxşı  təşkilatlanıb, fərdi bacarıqları yüksək olan oyunçuları var. Fasilədən sonra azarkeşlər üçün maraqlı oyun keçdi. Yetərincə qol epizodları oldu. Bu gün meydanda xarakter göstərdik. Uşaqlar canlarını qoymağa hazır idilər. Bunun hesabına qollar vurub, qələbə qazandıq. Komanda şəklində yaxşı çıxış etdik. Bu, bizi sevindirir. Bu gün müdafiədə də səhvlər olmadı. Artıq stabil heyətə yaxınıq. Bu olsa, nəticə də olacaq, oyun da.

- Penalti epizodu ilə bağlı fikirləriniz nədir?
- Verə də bilərdi, verməyə də. Hakimin qərarlarına hörmətlə yanaşıram.

- Ağabala Ramazanovun durumu nə yerdədir?
- İndi zalda idman edir. Problem olmazsa, martda məşqlərə başlaya bilər.

Şahin Cəfərov


oxunma sayı: 288 | Paylaş:




?>