')

Bu gün:


FutbolPress.Az | Böyük bazardan böyük meydana...

Böyük bazardan böyük meydana...


oxunma sayı: 1188 Paylaş:

FutbolPressÖtәn il noyabrın 27-dә Gәnclәr vә İdman Nazirliyinin tәşkilatçılığı ilә Nizami Kino Mәrkәzindә tәqdimatı keçirilәn - "Stadionlar sәssiz olanda" - Qurban Qurbanov haqda avtobioqrafik filmdәn sonra mәrkәzin foyesindә qәlәbәlik yaşanırdı. Adәtәn, birlikdә gördüyümüz Toral Bayramovla Nәriman Axundzadә tandemini yenidәn birlikdә gördüm. Toralla qismәn tanışlığımız var, lakin Nәrimanla yox idi.

Ümumiyyәtlә, mentallığımızı nәzәrә alaraq futbolçular vә futbol adamlarıyla elә dә sıx ünsiyyәt saxlamıram, iş gәrәyi olmayınca, heç olmur. Nәrimanı dindirmәk istәyim isә 19 yaşında "Qarabağ"ın heyәtindә meydanlara çıxan gәnc oyunçunu dindirmәk istәyi kimi bir şey idi.

- Salam, Nәriman. Toralla kәndçisiz?
- Salam. Yox, mәn Böyük bazardanam (Lәnkәranın inzibati mәrkәzindәki mәhәllә).
- "Xәzәr Lәnkәran" üçün darıxırsan?
- Hәrdәn bir, hә, darıxıram.
- "Qarabağ"da әsas heyәtә düşmәk bilirsәn dә nә boyda işdir...


Mәmnunluq tәbәssümü ilә qısa dialoqumuzdan ayrılıb gedir uzaqlaşan Torala tәrәf...

***

Bu iki azәrbaycanlı futbol istedadını "Qarabağ"ın "latın dili" hesab edirәm. Özü olub, xalqı olmayan bu dil kimi, özlәri әzәmәtli meydanlarda var olub, yetişdiyi klubu olmayan pöhrәlәr...

"Klubundan yetim" qalan bu növcavan tandem heç dә boynubükük görünmür.

Bәlkә dә haçansa "Xәzәr Lәnkәran"ın yaşıl meydanlarda yenidәn bәrq vuracağı ümidiylә şux gәzәn tandem indi Azәrbaycanın şux qamәtinin simvoluna çevrilmiş "Qarabağ"ın döyüşçülәridir...

Qurban Qurbanov Braqadakı oyunun son dәqiqәlәrindә Nәrimanı da meydana buraxıb ona elә bir böyüklük dәrsi keçdi ki, orda son saniyәlәrdә tәkbәtәkdәn vura bilmәdiyi qolu Bakıda, son dәqiqәlәrdә gerçәklәşdirdi. 

Braqada Nәrimanın kәdәr göz yaşları Bakıda sevinc göz yaşlarına çevrildi.

Bu mistikanın, dramatizmin qiymәtini nә böyük bazarlar tәyin edә bilәr, nә dә hansısa rәnglәr.

"Allah böyük әziyyәt vә zәhmәtlә görülәn işin bәhrәsini әsirgәmәz" - Qurban Qurbanov

Elçin Cəlilov





oxunma sayı: 1188 | Paylaş:




?>