')

Bu gün:


FutbolPress.Az | "Zirə"nin uğursuz statistikası - 10 oyunda...

"Zirə"nin uğursuz statistikası - 10 oyunda...


oxunma sayı: 678 Paylaş:

FutbolPress“Zirə” Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi”yə məğlub olub – 0:1.

Futbolpress.az xəbər verir ki, bununla da Rəşad Sadıqovun komandasının qələbəsizlik seriyası 10 oyuna çatıb. “Qartallar” sonuncu qalibiyyətini ötən ilin noyabrında autsayder “Qəbələ” ilə matçda qazanıb (1:0).

“Zirə” bununla yanaşı, həm də çempionatda son 10 görüşdə ən pis nəticə əldə edən komandadır. “Qartallar” bu matçlarda 5 heç-heçə edib, 5 dəfə məğlub olub. Qəsəbə təmsilçisi autsayder “Qəbələ”dən daha az – 5 xal toplayıb. Mövsümə uğurlu start verən, 12 tur liderlik postunu tutan komandanın anidən belə enişi maraqla qarşılanır. Daha bir maraqlı statistika odur ki, “Zirə” son 10 görüşdə nə az, nə çox, cəmi 1 qol vurub. O da  “Qəbələ” səfərində… Bir qol bir xal qazandırıb.

Baş məşqçi Rəşad Sadıqov demək olar, hər matçdan sonra hakim səhvlərindən gileylənir. Bəzi görüşlərdə hakimlərin yanlış qərarları fərqli nəticəyə səbəb ola bilər, amma 10 matçın hər birindəki itkiləri referilə bağlamaq da bir az gülüncdür. Kubok oyunlarında “Səbail”i üstələyən “Zirə”nin çempionatdakı uğursuzluğunun səbəbi nədir? Komanda artıq 4-cü sıraya geriləyib. Premyer Liqada bu gedişlə avrokuboklar yolu çətin görünür. Ümidini kuboka bağlayan “qartallar”ın da titul qazanmaq istəyi az deyil. Bəlkə də, Sadıqov əsas diqqəti kuboka verib, Avropa Liqasına vəsiqə və komanda ilə ilk kubokunu qazanmaq niyyətindədir.

Kamil Əhməd


oxunma sayı: 678 | Paylaş:




?>