')

Bu gün:


FutbolPress.Az | "Matçdan əvvəl futbolçulara demişdim ki..." - Samir Abasov

"Matçdan əvvəl futbolçulara demişdim ki..." - Samir Abasov


oxunma sayı: 664 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXI turunun "Sumqayıt" - "Neftçi" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Qələbə futbolçularındır. Onlardan soruşmaq lazımdır, necə qalib gəldilər. Azarkeşlərə təşəkkür edirəm, onların dəstəyi sayəsində bunlar oldu. Onları stadiona dəvət edirəm, bundan sonrakı matçlarda da tribunaları doldurmaları ümidilə.

- Ninqanın oyunu haqda fikirləriniz nədir?
- Komanda olaraq yaxşı idik. İkinci hissədə komandada çöküş getdi. Düzdür, rəqibə görə müdafiəyə çəkildik, əks-hücumlara çalışdıq. Çünki bundan əvvəlki kubok oyununda çox güc sərf etmişdik. Kubokda düşdüyümüz qrup çətindir, bir "Qalatasaray" qalıbdır (gülür).

- Oyunun sonları emosional alındı. Son dəqiqələrdə penalti, oyun bitməmiş meydançaya çıxmağınız və s...
- Elə bildik, oyun bitib, sonra dördüncü hakim dedi ki, hara gedirsiniz? Şükürlər olsun, yaxşı bitdi. Müdafiəçilər rəqibin təzyiqi altında ayaqüstə qala bildilər. Bu, möhtəşəm idi.

- Bu köynək, qələbə... Futbolçular sanki
- Bu matç kubokdakının davamı idi. Biz o oyunda da sınmadıq, bildirdik ki, buranın yiyəsi bizik. Matçdan əvvəl futbolçulara demişdim ki, oynayacağınız oyun növbəti matçlara təsir edəcək. Uşaqlar mənə də dedilər ki, narahat olmayın.

- Qısa müddətdə eyni rəqiblə 3 oyun komandaya necə təsir edir?
- Pis. 3-cü kubok oyununda çətinliklər olacaq.

- Komandanın əsas heyəti yaxşı oyun sərgiləyir. Lakin sonradan oyuna daxil olanlar tempi saxlaya bilmir. Bu, sizi narahat edir?
- Bəli, işlərimiz gedir. Amma biz ora köklənməmişik. Bilirik ki, bundan da çətin vəziyyətlər olur. Tempi saxlamaq üçün güc sərf etməliyik. İndi sevinirik, amma son deyil. Mayda çempionat bitəndə harada olacağımız önəmlidir. Əlimizdə olanları qarşıdakı oyunlarda da bir ritmdə saxlamalıyıq.

- İkinci pillədəsiniz. Yeni transferə ümid var?
- Ümid var, ümid edirik. Amma bu həftələr bütün diqqətimiz bu stadionda oldu. Diqqətimiz transferdən yayındı. Ümid edirəm ki, alınsa, azından ehtiyat skamyamızı gücləndirə bilərik. Hücumameyilli futbolçu istəyirəm.

- İkinci yerdəsiniz. Şəhərə və bu stadiona avrokubok yaraşır...
- Bu yeri şəhərə yaraşdırıram. Biz buna əməl etməliyik. Avrokuboklar bu şəhərə yaraşmasın, kimə yaraşsın? Bizim də sizin qarşınızda məsuliyyətimiz olmalıdır.

Şahin Cəfərov


oxunma sayı: 664 | Paylaş:




?>