')

Bu gün:


FutbolPress.Az | Hazard: "Real" şou klubudur"

Hazard: "Real" şou klubudur"


oxunma sayı: 117 Paylaş:

FutbolPressBelçika millisinin sabiq futbolçusu Eden Hazard "Real"dakı çıxışı ilə bağlı danışıb.

Futbolpress.az xəbər verir ki, o, Madrid klubunun ona uyğun olmadığını deyib.

"Uşaqlıqdan Zidanın fanatıyam, ona görə də "Real" sevirdim. Bura xüsusi komandadır. Ancaq geriyə baxanda düşünürəm ki, yox, burada oynamaq mənə uyğun deyil. "Real" bir az şou klubdur və mən belə deyiləm. Hətta oyun tərzi də əvvəlki klublarla müqayisədə mənə uyğun deyildi. Amma bu mənim arzum idi. "Real"da oynamadan karyeramı bitirə bilməzdim".

Hazard 2019-2023-cü illərdə "Real"da çıxış edib və karyerasını bitirib. 33 yaşlı belçikalı Madrid klubunun heyətində 76 oyun keçirib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib.


oxunma sayı: 117 | Paylaş:




?>