')

Bu gün:


FutbolPress.Az | "Gümüş medallar üçün mübarizə aparacağıq" (MÜSAHİBƏ)

"Gümüş medallar üçün mübarizə aparacağıq" (MÜSAHİBƏ)


oxunma sayı: 546 Paylaş:

FutbolPress"Zirə"nin futbolçusu Hacıağa Hacılının "FutbolPress"ə müsahibəsi:

- Kubokda "Səbail"i səfərdə məğlub etməklə (2:1) sərfəli nəticə qazandız. Şansları necə dəyərləndirirsiniz?
- Şanslar hələ bərabərdir. Cütün taleyinə cavab oyununda aydınlıq gələcək. Gərgin oyun keçdi həm "Səbail"in, həm də bizim şanslarımız oldu. Düzdür, ikinci hissədə vurduğumuz qollardan sonra "Səbail" daha irəli atıldı. Əks-hücumlarda daha dəqiq ola bilsəydik, hesab fərqli ola bilərdi.

- Uzun müddət sonra əsas heyətdə yer aldınız...
- Uzun müddət idi, əsas heyətdə oynamırdım, zədələr imkan vermirdi. Toparlanmaq üçün vaxt lazım idi. Şükürlər olsun, qayıtdım və meydana çıxdım.

- Premyer Liqada son turlarda xal itkiləri ilə üzləşirsiniz. Səbəb nədir?
- Fikrimcə, yaxşı oynayırıq. Kifayət qədər qol imkanlarımız olur, ancaq son zərbələrdə problemimiz var.  Onu da aradan qaldırsaq, daha yaxşı olar.

- Hakim qərarlarından ən çox narazılıq edən klubsunuz. Həqiqətənmi, təsir bu qədər çoxdur?
- Hakimlər haqda danışmaq istəmirəm. Belə şeylərə ilişib qalmaq olmaz. Nə baş verir versin, biz oyunumuza baxmalıyıq, işimiz budur.

- Premyer Liqada növbəti rəqibiniz "Qəbələ" olacaq. Görüşdən gözləntilərin nədir?
- "Qəbələ" ilə oyun çətin olacaq. Bu komanda ilə səfərdə oynamaq asan olmur. Yenə ağır matç olacaq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

- Uzun müddət liderlik postunda qalan "Zirə" indi 4-cü sıradadır. Komandanın potensialı hansı mövqedə olmağa imkan verir?
- Hədəfimiz yuxarı pillələrdə olmaqdır. Bu mövsüm gümüş medallar üçün mübarizə aparacağıq.

Şahin Cəfərov


oxunma sayı: 546 | Paylaş:




?>