')

Bu gün:


FutbolPress.Az | Komanda yoldaşını vuran oyunçunun cəzası bilindi

Komanda yoldaşını vuran oyunçunun cəzası bilindi


oxunma sayı: 193 Paylaş:

FutbolPressBu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda “Turan Tovuz-2” – “Səbail-2” oyunundakı hadisə ilə bağlı qərar verilib:

27.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XX turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununun 72-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 18 nömrəli futbolçusu Budaq Nəsirov təcavüzkar davranışa (komanda yoldaşını vurduğu üçün) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilir (maddə 40.3);

Nəsirov hazırda “Turan-Tovuz”un əsas komandasının üzvü sayılsa da, əvəzedicilərin heyətində meydana çıxır.


oxunma sayı: 193 | Paylaş:




?>