')

Bu gün:


FutbolPress.Az | "Əsas məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır"

"Əsas məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır"


oxunma sayı: 116 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" oyunundan (1:2) sonra meydan sahiblərinin baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

- Bütün futbolçularıma təşəkkür edirəm. Tapşırıqları yerinə yetirməyə çalışdılar. Oyunun sonuna yaxın futbolçularda diqqət dağıldı və məğlub olduq. Həqiqətən də bu gün mübariz oyun sərgiləmək istəyirdik. Buna görə də onlara təşəkkür edirəm. Əsas məqsədimiz əvvəlki  "Kəpəz"i geri qaytarmaqdır. Bunun üçün addımlar atırıq.

- "Qarabağ" azlıqda qaldı, amma sanki 10 nəfərlə oynayan siz idiniz. 
- Düzü, oyunçulara tapşırdıq ki, azlıqda qaldıqda belə daha çox top saxlasınlar. "Qarabağ" oyunçularının ustalığı öz sözünü dedi.

-  Adama Nianenin adı "Səbail"lə hallanır. Bu nə dərəcədə doğrudur? 
- Elə şey yoxdur. O, bizim futbolçudur. Hələ ki, bizimlə davam edir.

- Komanda yaxşı oyun sərgilədi. Demək olarmı ki, keyfiyyət əzimkarlığa qalib gəldi?
- Razıyam sizinlə. Mərkəzdə daha çox mübarizə aparan oyunçular idi. Ümumən yaxşı mübarizə apardıq.

- Son dəqiqədəki penalti epizoduna münasibətiniz necədir?
- Oyunun sonlarına doğru sağ tərəfdən daha çox təzyiqlər oldu. epizodların birində də ani dəqqətsizlik penalla nəticələndi.

Məlik Məlikov


oxunma sayı: 116 | Paylaş:




?>