')

Bu gün:


FutbolPress.Az | "Mehdi Hüseynzadə" "Neftçi"ni gözləyir - 3 ayda hansı işlər görüldü?

"Mehdi Hüseynzadə" "Neftçi"ni gözləyir - 3 ayda hansı işlər görüldü?


oxunma sayı: 1505 Paylaş:

FutbolPress"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi"ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.

Yenidənqurma işlərindən sonra prezident İlham Əliyev ötən ilin oktyabrında arenanın vəziyyəti ilə tanış olub. Lakin stadionun oyun üçün hazır vəziyyətə gətirilməsi 3 ay çəkdi. Bəzi tamamlama işlərindən sonra isə arena tam hazır vəziyyətə gətirildi. Bəs bu müddətdə arenada hansı işlər görüldü?

"FutbolPress"in əldə etdiyi məlumata görə, işıqlandırma sisteminin tamamilə yenilənib, yayımçı kanal üçün 3 yerdə çəkiliş meydançası qurulub.

Daha əvvəl skayboksların qarşısında qurulan metal arakəsmələr şüşə ilə əvəz edilib.

Media nümayəndələri üçün xüsusi sektor yaradılıb, stadionun ətrafında və içərisində hansı sektorun harda olduğunu bildirən məlumatlandırıcı lövhələr quraşdırılıb. Hansı sektor hara, hansı otaq nədi, koridorda kim hara dönsün.

Arenadan canlı yayım üçün lazım olan şərait də qurulub. Belə ki, yayımçı kanal "CBC Sport"un rahat, kəsintisiz çəkiliş və yayım etsin deyə arenaya yüksək gərginlikli elektrik, həmçinin yüksək sürətli internet xətdi çəkilib.

Arenada nəzarət və təhlükəsizlik kameralarının quraşdırılıb,
Stadionun səs və görüntü (monitor) sistemi təkmilləşdirilib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk oyun fevralın 4-də, saat 14:00-da baş tutacaq. Görüşdən əvvəl açılış üçün konsert proqramı təşkil ediləcək.

"Sumqayıt" buna qədər ev oyunlarını "Kapital Bank Arena"da keçirirdi. Stadion 2013-cü ildən "kimyaçılar"a ev sahibliyi edir.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tutumu 9502 nəfərdir.

Qeyd edək ki, arenada keçiriləcək  oyunla bağlı məlumatı ilk "FutbolPress" yazmışdı.



oxunma sayı: 1505 | Paylaş:




?>