')

Bu gün:


FutbolPress.Az | Elşən Abdullayev: "Hədəfim tez zamanda elitaya qayıtmaqdır" (MÜSAHİBƏ)

Elşən Abdullayev: "Hədəfim tez zamanda elitaya qayıtmaqdır" (MÜSAHİBƏ)


oxunma sayı: 441 Paylaş:

FutbolPress"Qarabağ", "Neftçi", "Sabah" kimi komandalarda oynamış Elşən Abdullayev klubunu dəyişib. Mövsümün əvvəlində "İrəvan"la müqavilə imzalayan yarımmüdafiəçi bundan sonra "İmişli"nin formasını geyinəcək.

Abdullayevlə yeni klubuna keçidi və karyerası haqda söhbətləşdik:

- "İmişli"yə keçidin haqda fikirlərini bölüşərdin...
- Baş məşqçi Əsgər Abdullayevlə "Neftçi"də birlikdə işləmişik. Məni yenidən komandasında görmək istədi və məmnuniyyətlə qəbul etdim. Qərarımda baş məşqçi məsələsi və klubun iddialı olması təsiredici oldu.

- Bir vaxtların perspektivli oyunçusu hesab edilirdin, ancaq indi I Liqada klub dəyişirsən... Belə enişə səbəb nə oldu?
- Əsas səbəb zədələr idi. Yaxşı formada olduğum vaxtlar zədələndim. Futbolda belə hallar qaçılmazdır, hər oyunçunun başına gələ bilər. Əsas olan bundan sonra yenidən formamı yığmaqdır.

- Çox klub dəyişmisən. Hansısa qərarından peşmansanmı?
- Keçmiş keçmişdə qalıb, gələcəyi düşünürəm. Keçmişi fikirləşərək, vaxt itirmək istəmirəm. Əlimə düşən hər fürstədən yararlanmalıyam.

- Yenidən formanı bərpa edəcəyinə və Premyer Liqada oynayacağına ümidlisən?
- Hədəfim tez zamanda elitaya qayıtmaqdır. Allah nəsib etsə, "İmişli" ilə çempion olub, Premyer Liqada oynamaq istəyirəm.

- Milli haqda düşüncələrin nədir? Yenidən nə vaxtsa çağırılacağını düşünürsən?
- Milli son vaxtlar inkişaf edir. Keyfiyyətli oyunçularımız var. İnanıram ki, nəticələr də yaxşı olacaq. Hamımız millinin uğurlu olmasını istəyirik. Dəvət almaq məsələsinə gəlincə, yaxşı oynasam, niyə də yox?

- Yığmada irəli xətdə legioner həyatı yaşayan oyunçular var. Heyətə düşmək çətin olmaz?
- Millinin bütün yaş qruplarında oynamış, kapitan olmuşam. Əsas yığmanın formasını da geyinəcəyimə, bu həyacanı yaşayacağıma inanıram.

Şahin Cəfərov


oxunma sayı: 441 | Paylaş:




?>