')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt"ın legioneri: "Hədəfim böyük klublarda oynamaqdır" (MÜSAHİBƏ)

"Sumqayıt"ın legioneri: "Hədəfim böyük klublarda oynamaqdır" (MÜSAHİBƏ)


oxunma sayı: 434 Paylaş:

FutbolPress"Sumqayıt" mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirir. Günü iki məşqlə başa vuran "kimyaçılar"ın futbolçusu Tresor Mossi "FutbolPress"in suallarını cavablandırdı: 

- Hazırlıq necə keçir?
- Maraqlı keçir. Çox hәvәslә mәşq edirik.

- Çempionatdakı mövqeyinizi daha da yaxşılaşdıra bilәrsiniz?
- Komandanın yaxşı potensialı var. Daha yaxşı nәticәlәr qazana bilәrik. Klub mənə imkan verdi ki, oynayım, özümü göstərim. Bunun qarşılığını vermәyә çalışacam. Әvvәlki komandalarımda çox şans verilmirdi, burda mәnә etibar edirlәr. Çox sevinirәm.

- 6 aydır ki, Azərbaycandasınız. Ölkə haqda təəssüratınız nədir?
- Azərbaycanı ölkə kimi bəyənirәm. İnsanlar qonaqpərvərdi. Yaxşı davranırlar. Heç yerdә belә qonaqpәrvәr insanlar yoxdur.

- Burundi ilə Azərbaycan arasında oxşarlıq var?
- Çətin sualdır (gülür). Burundi vәtәnimdir, ailəm dostlarım ordadır. Azərbaycana oynamağa gəlmişəm vә vәtәnimdәki kimi - az darıxıram. Oxşarlıq bu ola bilәr.

- Ailəniz üçün darıxmırsınız?
- Onlarsız qala bilmirəm, hər gün danışıram.

- Lüksemburq, Belçika və Azərbaycanda oynamısınız. Sizi "Sumqayıt"a gəlməyə nə vadar etdi?
- Agentim danışanda mənə dedi ki, yaxşı klubdur, daha çox oynamaq şansın ola bilәr, özünü orda göstərə bilərsən.

- Azərbaycanı tanıyırdınız?
- Yox, heç tanımırdım.

- Görəndən sonra təəssüratın arasında fərq nə oldu?
- Bizim ölkədә çox adam Azərbaycanı tanımır. Gələndən sonra gördüm ki, ölkə düşündüyüm kimi deyil. Hamı istiqanlıdır.

- 22 yaşınız var. Karyeranızda çatmaq istədiyiniz hədəf nәdir?
- Hədəfim böyük klublarda oynamaqdır. "Sumqayıt" hər zaman ürəyimdə qalacaq ki, mənə kömək etdi, özümü göstәrmәyә meydan verdi. Hәlә daha yaxşı olacaq.

- İcarәdәsiniz, tәklif olsa, "Sumqayıt"da qalmaq fikriniz var?
- Qalmaq istəyərəm. Agentimlə bu haqda danışıram. Bu komanda özümü göstərmək üçün şans verdi. Ciddi klubdur, qalıb, hәdәflәri böyütmәk olar.

- Sizə görə tarixin ən böyük afrikalı futbolçusu kimdir?
- "Başakşəhər"də oynamış Yussuf Ndayşimini bəyənirəm.

- Vea, Eto, Droqba kimi adlar yox?
- Yox (gülür).


oxunma sayı: 434 | Paylaş:




?>