')

Bu gün:


FutbolPress.Az | "Alekseyin gedişinin necə təsir edəcəyini zaman göstərəcək" (MÜSAHİBƏ)

"Alekseyin gedişinin necə təsir edəcəyini zaman göstərəcək" (MÜSAHİBƏ)


oxunma sayı: 2039 Paylaş:

FutbolPress

"Sabah"ın futbolçusu Con İrasabalın "FutbolPress"ə müsahibəsi:

- Mövsümün ikinci yarısına hazırlıq necə gedir?
- Yaxşıdır, çalışırıq. Qarşımızda uzun period var. Mübarizə aparmaq, iddialı olmaq istəyiriksə, çalışmalıyıq. Fiziki cəhətdən artırmağımız vacibdir.

- İstirahət üçün çox vaxt olmadı. Yorğunluğu ata bilmisən?
- Bəli, hər şey qaydasındadır.

- Antalya toplanışında ilk yoxlama oyununda "Rapid"i məğlub etdiz. Fikirlərin nədir?
- Oyuna istədiyimiz kimi başlaya bilmədik, ancaq rəqibin təzyiqindən sonra artırmağı bacardıq. Hücumçularımız da irəlidə yaxşı oyun göstərdi və gözəl kombinasiyalar qurdular.

- Komandanın əsas lideri Aleksey İsayev "Qarabağ"a keçdi. Onun gedişi pis təsir etməyəcək?
- Əlbəttə, Aleksey bizimçün vacib oyunçu idi. Ancaq indi o mövqedə oynaya bilən fantastik oyunçularımız var. Alekseyin gedişinin necə təsir etdiyini zaman göstərəcək.

- Mövsümün ilk yarısı uğursuzluqla yadda qaldı. Yaxşı nəticələr üçün nəyi fərqli etmək lazımdır?
- Düşünürəm ki, komanda şəklində müdafiə olunmaq, hücum etmək lazımdır. Əla heyətimiz var, bir-birimizi daha yaxşı başa düşməliyik. Bundan sonra nəticələr də gələcək.

- Həm kubokda, həm də Premyer Liqada mübarizə aparırsınız. Komandanın əsas hədəfi hansıdır?
- Hər ikisi vacibdir. Premyer Liqada üst sıralarda olmaq, kuboku da qazanmaq istəyirik. Çünki kubok Avropa Liqasına vəsiqə verir. Buna baxmayaraq, çempionatda da yuxarılarda olub, avrokuboklara yollana bilərik. Ona görə hansınısa fərqləndirmirik, ikisi də vacibdir.

- Müqavilən mövsümün sonunda başa çatır. Klubdan yeni təklif almısanmı, planların nədir?
- Bu barədə indi danışmaq istəmirəm. Bütün diqqətimi məşqlərə və oyunlara yönəltmişəm.

Şahin Cəfərov


oxunma sayı: 2039 | Paylaş:




?>