')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt"ın rekordçusu: "Әsas istәyim legioner olmaqdır" (MÜSAHİBƏ)

"Sumqayıt"ın rekordçusu: "Әsas istәyim legioner olmaqdır" (MÜSAHİBƏ)


oxunma sayı: 982 Paylaş:

FutbolPress"Sumqayıt"ın yarımmüdafiəçisi Nihad Əhmədzadə bu mövsüm Premyer Liqada oyuna çıxan ən gənc futbolçudur. O, I turun "Səbail"lə görüşündə şans qazananda 17 yaş 12 günlük idi.

Hazırda Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt"ın gənc rekordçusu "FutbolPress"in suallarını cavablandırdı:

- Mövsümda meydana çıxan ən gənc oyunçusan. Meydana buraxılarkən özünü necə hiss elədin?
- Düzü həyəcan çox yox idi, həyəcanlı biri deyiləm. Özgüvənli olmaq daha yaxşıdır. Özgvüvən olanda daha yaxşı çıxış edirsən.

- Debüt oyunun necə yadında qalıb?
- "Səbail"lə oyun idi, 81-82-ci dəqiqəlәrdə meydana daxil olmuşdum. Həmin oyunda, açığı, hәyәcan var idi, amma  özümü toparlamağa çalışdım.

- Gənc olsan da, özünəinamlı görünürsən. Bu, sənə yaxın gələcəkdə heyətdə möhkəmlənməyə kömək olacaq?
- Mәncә, bәli.

- İnanırsan buna?
- Aha. 

- Oyunçu kimi kimdən bəhrələnirsən? Kumirin kimdir?
- Ronaldo.

- Bəs Azərbaycanda?
- Azərbaycanda (xeyli düşünür) Araz Abdullayev.

- Futbolda qarşına hansı məqsədləri qoymusan, nəyə nail olmaq istəyirsən?
- (Bir az düşünür) Әsas istәyim legioner olmaqdır.

- Alınar, səncə?
- İnşallah. 

- O yolu getmək üçün nə etməlisən?
- Performansımı get-gedə daha da yaxşılaşdırmalıyam.

-  "Sumqayıt"dan xaricə gedə bilərsən?
- Gələcəkdə bəlkə də olar bilər, amma indi hələ ki, burdayam.

- Düzdür, "Sumqayıt"ın oyunçusan, bu öz yerində. Hər oyunçunun arzusu, simpatiyası olan klub olur. Hazırda sənin üçün bu hansı komandadır?
- "Sumqayıt".

- "Sumqayıt" akademiyasının yetirməsisən?
- Bəli. Hәm dә sumqayıtlıyam. Futbolla bağlı hәr seyim bura bağlıdır.

- Ona görədir də azarkeşlər sənə xüsusi simpatiya ilə yanaşırlar. Top sәndә olanda aktiv dәstәk gәlir. Bәs bu sənə psixoloji təzyiq yaratmır ki?
- Yox. Әksinә, sevinirәm, hәvәsim artıq.

- Bəs arxayınlıq?
- Heç vaxt. Daha çox çalışıram.

- Samir Abasovla ünsiyyətin necədir?
- Yaxşıdır. Aramız mükəmməldir.

- Ən çox sənə nələri deyir?
- Rahat olmağımı deyir. Topla rahat olmağımı qeyd edir.

- Hazırkı möveyinlə ilk dəfə çıxış etdiyin mövqe eynidir? 
-  Bəli.

- Ən çox hansı mövqedə oynayırdın?
- Vinger kimi oynamışam, az sayda mərkəzdə də oynamışam - hücumçunun arxasında . 

- Yəqin Ronaldonu ona görə sevirsən, Arazı da vinger olduğuna görə. Onlardan nələri götürmüsan?
- Fint eləməyi.

- Bəs Ronaldodan?
- Ondan da eyni şey.

- Bəs Ronaldo kimi 3000 dənə press edə bilərsən? Bilirsən də, mәşq vaxtı 3000 press edir...
- Yox, Ronaldo qədər edə bilmərəm (gülür). Amma Samir müәllimin istәyilә İspaniyada tanınmış bir mәşqçidәn mәnimçün xüsusi fiziki mәşq proqramı hazırlanıb. O proqramla özümdә böyük irәlilәyiş hiss edirәm. Hiss edirәm ki, әvvәlә nisbәtdә gücüm vә dözümlülüyüm çox artıb.

- Bilirsən də Azərbaycanda oyunçular olub ki, birdən parlayıb və tez dә "sönüb". Bunu nəzərə almısan?
- Həmişə. Hәr mәşqimdә bu mәsәlә fikrimdә olur.

- Bəs yaxşı oyunçu olmaq üçün nə etməlisən? Gənc oyunçu nəyə fikir verməlidir?
- Hər bir şeyə diqqət etməlidir. Yatmağından tutmuş, yeməyinə qədər. Əlindən gədiyi qədər motivasiyası yüksək olmalıdır. Bütün bu normalara dәqiq әmәl edirәm.

- Futbolu özün seçmisən, yoxsa valideynin tәsiri olub? 
- Öz arzumla futbola gәlmişәm.

- İdmançı olmasaydın, hansı sahәni seçәrdin?
- Model olmaq istəyərdim. 

- Model?
- Bəli. Dizayn, moda sahәsinә marağım var.


oxunma sayı: 982 | Paylaş:




?>