')

Bu gün:


FutbolPress.Az | Kapitan: "Kuboku qazanmaq istəyirik" (MÜSAHİBƏ)

Kapitan: "Kuboku qazanmaq istəyirik" (MÜSAHİBƏ)


oxunma sayı: 496 Paylaş:

FutbolPress"Zirə"nin kapitanı Qismət Alıyevin "FutbolPress"ə müsahibəsi:

- Artıq bir həftədir, hazırlığa başlamısınız. Toplanış necə gedir?
- Hazırlığımız yaxşı gedir. Komanda şəklində canla-başla çalışırıq. Bütün futbolçular istəklidir. Sabah "Araz-Naxçıvan"la yoxlama oyunumuz olacaq. Ona hazırlaşırıq.

- İstirahəti necə dəyərləndirdin?
- İstirahət yaxşı keçdi. Bilirsiniz, onsuz futbolçu sıx qrafik, məşqlər səbəbindən ailəsinə çox vaxt ayıra bilmir. İstirahət müddətində maksimum onlarla birlikdə olmağa çalışdım.

- Yorğunluğu ata bilmisinizmi?
- Yorğunluq yoxdur. İstirahət vaxtı çox da az deyildi. Şükür, hər şey qaydasındadır.

- 2 yoxlama oyunu, sonra “Səbail”lə oyun olacaq. Qısa müddətdə çox oyun keçirmək çətinlik yaratmayacaq?
- Hazırlıq üçün əvvəlki illərə nisbətən vaxt azdır. Bu müddətdə 2 yoxlama oyunu keçirməyimiz normaldır. Məqsədimiz yaxşı hazırlaşmaq, çempionata uğurlu başlamaqdır.

- “Səbail”lə çempionat oyunundan sonra kubokda da qarşılacaqsız. Eyni rəqiblə ardıcıl oyunlar sıxıcı olmayacaq?
- Bəli, "Səbail"lə üç oyun keçirəcəyik. Hər matç bizimçün önəmlidir. Kubok ilə Premyer Liqanı ayırmırıq. Hansısa oyunu ehtiyat qüvvə ilə çıxmağı düşünmürük, belə fikrimiz yoxdur. Məqsədimiz həm liqada, həm də kubokda bacardığımız qədər irəliləməkdir.

- Komanda üçün prioritet nədir – kubok, yoxsa Premyer Liqa?
- Kubokun qalibi Avropa Liqasına yollanacaq. Bu, özü əlavə motivasiyadır. Çünki "Zirə" kimi komandanın titul qazanması üçün kubok yaxşı fürsətdir. Bundan yararlanmağa çalışacağıq. İki il əvvəl finala çıxmışdıq. Yenidən yaxşı çıxış edib, kuboku qazanmaq istəyirik. Asan rəqib yoxdur, final yolumuz digər tərəfə baxanda asan görünə bilər, amma bu il bütün komandaların gücü ortadadır. Hər komanda bir-birinə qalib gələ bilir. Ona görə çətin olacaq, amma irəliləmək istəyirik.

- “Zirə”nin bu heyəti mükafatçılar sırasında olmaq üçün kifayət edir?
- Hədəfimiz olduğumuz mövqeni qorumaqdır. Yeni 2 oyunçumuz var. Utziq və Ceyhun Nuriyev gəldiyi ilk gündən həvəslə çalışır. Düşünürəm ki, daha güclənməyimiz üçün transferlər olacaq və məşqçilər korpusu bu yöndə işlər görür. Heyətimiz yaxşıdır, potensialımız var. İnanıram ki, yaxşı yerlərdə olacağıq. İkinci yarıya qələbə ilə başlamaq komandada əhvali-ruhiyyəni artıracaq. Çempionata necə başlayırsansa, elə də davam edirsən. Mövsümə qələbələrlə başladıq və indi bunun bəhrəsini görürük. "Səbail"lə oyunda da qələbə qazanmaq və yolumuza davam etmək istəyirik.

Şahin Cəfərov


oxunma sayı: 496 | Paylaş:




?>