')

Bu gün:


FutbolPress.Az | Sorqa: "Maraqlı idi ki, niyə oynamırdım" (MÜSAHİBƏ)

Sorqa: "Maraqlı idi ki, niyə oynamırdım" (MÜSAHİBƏ)


oxunma sayı: 1498 Paylaş:

FutbolPressAntalyada toplaşan "kimyaçılar"ın hücumçusu Erik Sorqa ilə söhbətləşdik. "FutbolPress"ə danışan hücumçu çıxışından və hədəflərindən söz açdı:

-  Hazırlıq necə gedir?
- Yaxşı gedir, amma ağır keçir. Dövrələr arası hazırlıq adətən belə olur. Düşünürəm ki, ilk hazırlıq oyununa qədər belə olacaq. Sonra tempin aşağı düşəcəyini fikirləşirəm.

- Yorulursan?
- Bəli?

- İstirahət necə keçdi?
- Dubaya getmişdim, yaxşı istirahət etdim, dincəldim. İndi hazırlaşırıq.

- Premyer Liqada 14 oyunda 2 qol vurmusan. Məhsuldarlığından razısanmı?
- Elə müddət oldu ki, bir az oynadım, sonra heyətdən kənarda qaldım, bəzən bir neçə dəqiqə oynadım, bəzən də yox. Sonra liqada, kubokda qol vurdum, məhsuldar ötürmə etdim. Dövrənin sonuna yaxın daha yaxşı oldum.

- Təzyiq psixoloji necə təsir edir?
- Mənimçün maraqlı idi ki, niyə oynamırdım. Nəyi daha yaxşı etməli olduğumu düşünürdüm. Dövrənin sonuna yaxın komandada zədəlilər oldu və oynamağa başladım. Bundan sonra nisbətən özümü göstərdim.

- Premyer Liqada sənə ən çox çətinlik yaradan müdafiəçi kim olub?
- "Qarabağ"ın müdafiəçisi Medina.

- Bəs komanda olaraq kimə qarşı oynamaq çətin idi?
- "Qarabağ". Azərbaycanın ən yaxşı komandasıdır.

- "Qarabağ" demək olar, artıq şablondur. Başqa bir komanda var?
- Səfərdə "Turan Tovuz"a qarşı oynamaq çətin idi. 2:0 öndə idik, sonra hesab bərabərləşdi. Ona qarşı oynamaq çətin oldu.

- Buna qədər Bolqarıstan, Estoniya, İsveç, ABŞ-də oynamısan. Hansı çempionat Azərbaycan Premyer Liqasına bənzəyir?
- Düşünürəm ki, oyun və fiziki baxımdan Bolqarıstana oxşayır. Amma çempionat ümumilikdə Estoniyaya bənzədirəm. Orada da 4-5 top komanda olur, qalanları bir az aşağı.

- Azərbaycana gəlişindən məmnunsan?
- Burada hər şey məni qane edir. Azərbaycana gəldiyim üçün təəssüf hissi keçirmirəm. Hər şey qaydasındadır.


oxunma sayı: 1498 | Paylaş:




?>