')

Bu gün:


FutbolPress.Az | "Bəlkə də, tələsdim, ancaq belә hallardan qaçmaq olmur" (MÜSAHİBƏ)

"Bəlkə də, tələsdim, ancaq belә hallardan qaçmaq olmur" (MÜSAHİBƏ)


oxunma sayı: 1317 Paylaş:

FutbolPress"Sumqayıt" Premyer Liqada 3-cü dövrə hazırlıqlarını Antalyada davam etdirir.

Günü iki məşqlə başa vuran "kimyaçılar"ın müdafiəçisi İsa Suliman “FutbolPress”ə müsahibəsində komandanın hazırlığı və digər məsələlərlə bağlı danışdı:

- İstirahətiniz necə keçdi?
- İki həftə ailəmlə yaxşı vaxt keçirdim. Çox gözәl istirahәt etdiyimi deyә bilәrәm.

- Zədədən yeni qayıtmısınız. Özünüzü necə hiss edirsiniz?
- Yaxşı hiss edirəm. Yavaş-yavaş özümü fasilәdәn sonrakı ilk oyuna hazırlayıram. Butün fikrim mәşqlәrdәdir.

- Formanızı bərpa etmək nə qədər çəkər?
- Məncə, uzun çəkməz. Zədədən əvvəlki formaya qayıtmaq üçün çox məşq etmək lazımdır. Amma düşünürəm ki, uzun çəkməz. "Kəpəz"lə matçda oynadım, zədəmi yenilәdim. Bəlkə də, tələsdim, ancaq belә hallardan qaçmaq olmur. Yenə də məşq edib, formamı bərpa edəcəm.

- İngiltərə, Portuqaliya kimi ölkələrdə çıxış etmisiniz. İndi burda özünüzü necə hiss edirsiniz? Oxşarlıqlar, fәrqliliklәr barәdә danışardız...
-  Ən böyük fərq komanda sayıdır. Burada 10 komanda var, hər biri ilə 4 dəfə oyanyırsan. Hamı bir-birini tanıyır. İngiltərədə, Portuqaliyada komandalar çoxdur. Komanda sayı vә çempionatın forması baxımından Estoniyaya bәnzәrlik var. İngiltərədə daha çox güc futboludur, Portuqaliyada isə texnika daha üstünlük təşkil edir.

- "Sumqayıt"da hədəfiniz nədir?
- Komanda halında liqada ən yüksək yerləri tutmaq, həmçinin kubokda daha irəliyə getmək istəyirik. Özüm üçün isə zədədən əvvəlki formanı bərpa edib, daha yaxşı oyun sərgiləmək.

- 6 aydır Azərbaycandasınız, bu müddət adaptasiya üçün bəs edib?
- Futbol baxımında götürsək, rahat oldu, uyğunlaşa bildim. Sumqayıt şəhərinə də uyğunlaşdım, bundan əvvəl Portuqaliyada legioner kimi çıxış etmişəm, öyrəşmişəm fәrqli yerlәrә uyğunlaşmağa.

- Mətbəximiz kalori baxımından sizə ağır gəlmir?
- Mənim üçün yaxşıdır. Sizin çox yeməyiniz ətdən ibarətdir, mәn dә belә yemәklәri xoşlayıram.

- Portuqaliyada oynadığınız üçün həm "Braqa"nı, həm də "Qarabağ"ı tanıyırsınız. Bu komandalar Avropa Liqasında qarşılaşacaqlar. Oyunla bağlı düşüncələriniz nədir?
- Bizi yaxşı oyun gözləyir. Matçı stadiondan izləmək istərdim. “Vitoriya”da (Gimaraynş) çıxış edirdim və bu  komanda da "Braqa"nın əzəli rəqibi sayılır. Yaxşı bәlәdәm. Hər iki komanda yaxşıdır. "Qarabağ"a qarşı 2 oyun oynamışıq, səviyyələri bəllidir.

- Proqnozunuz nədir?
- Tәbii ki, "Qarabağ" qәlәbәsini istәyәrdim.


oxunma sayı: 1317 | Paylaş:




?>