')

Bu gün:


FutbolPress.Az | Boqomolski: "Mәğlub olmuşuqsa, yaxşı oynadığımızı deyә bilmәrәm" (MÜSAHİBƏ)

Boqomolski: "Mәğlub olmuşuqsa, yaxşı oynadığımızı deyә bilmәrәm" (MÜSAHİBƏ)


oxunma sayı: 930 Paylaş:

FutbolPressTürkiyədə qış hazırlığını davam etdirən "Neftçi" ilk yoxlama oyununda "Erzurumspor"a məğlub olub - 1:3. 

Görüşdən sonra "ağ-qaralar"ın yeganə qolunda böyük pay sahibi olan Yeqor Boqomolski ilə söhbətləşdik: 

- Təlim-məşq toplanışı və oyun barədə təəssüratınız necədir?
- 10 günlük fasilə oldu, fasilədən sonra 2 gündür yığışmışıq. Çox ağır oyun keçdi, nəzərə alsaq ki, cəmi iki gündür məşq edirik, oyunumuzun sürәtli olmaması hardasa başadüşülәndir. Bəzi futbolçular 90 dəqiqə oynadılar, bir neçəsi isə tez əvəzləndilər. Yeni məşqçilər korpusu gəlib, onlar yavaş-yavaş komandaya, biz də onlara uyğunlaşırıq.

- İstirahətiniz necə keçdi?
- Vətənimə qayıtdım, yeni ili ailəmlə  qarşıladım.

- Qarşılaşdığınız rəqib Türkiyə I Liqasının ortabab komandalarından sayılır. Bu gün məğlub oldunuz...
- Pis komanda deyil. Onları təbrik edirəm. Hesab önəmli deyildi. Qarşılaşmaya oyun kimi yox, məşq kimi yanaşırdıq. Əsas yaxşı hazırlaşmaqdır.

- Oyun düşündüyünüz kimi alındı, yoxsa?
- Məşqçilər oyunu analiz edəcəklər, ondan sonra biləcəyik ki, istədiyimizi almışıq, ya yox. Mәncә, mәğlub olmuşuqsa, yaxşı oynadığımızı deyә bilmәrәm.

- 4-5 qol epizodu yaxaladın, çox fәal idin, amma realizasiyada...
- Bәli, daha yaxşı ola bilәrdi. Mәncә, zamanla düzәlәcәk.

- Necə düşünürsünüz, əsas heyətdə möhkəmlənə bilərsiniz?
- Əlimdən gələni edəcəm ki, əsas heyətə düşüm.

"FutbolPress"


oxunma sayı: 930 | Paylaş:




?>