')

Bu gün:


FutbolPress.Az | Rəhman Hacıyev: "Yaxşı yerlərə gəlib çıxa bilərik" (MÜSAHİBƏ)

Rəhman Hacıyev: "Yaxşı yerlərə gəlib çıxa bilərik" (MÜSAHİBƏ)


oxunma sayı: 579 Paylaş:

FutbolPressRəhman Hacıyev bu mövsüm "Neftçi"nin heyətində ən çox qol vuran futbolçudur. Yarımmüdafiəçi daha çox sonradan oyuna daxil olsa da, çempionatda 15 oyunda 5 qol vuraraq komandanın bombardiridir.

Hazırda Antalyada qış toplanışında olan "ağ-qaralar"ın qoleadoru Hacıyevlə söhbətləşmək imkanımız oldu:

- Qış fasilәsindә yaxşı istirahət edә bildin?
- İstirahət üçün vaxt az oldu, amma pis keçmәdi.

- Necə dəyərləndirdin?
- Ailəmlə birlikdə oldum.

- İlk məşqin təəssüratları necədir?
- Məşqçimiz yenidir, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, daha yaxşı yerləri tutaq. Bu gün ilk məşq idi. Yanvarın 6-da ilk yoldaşlıq oyunumuzu keçirəcəyik. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq. Yeni başlamışıq, hər birimiz üçün xeyirli olsun.

- Hazırda "Neftçi"in qoleadorusan. Qolları yenə də sıralaya biləcəksən?
- İnşallah, güvənirəm özümə.

- Məşqdə fərqlilik var?
- Təbii ki, fərqlilik var. Çünki hər məşqçinin öz üslubu var, fərqli şeylər istəyir. Üzərimizə düşən odur ki, verilən tapşırıqları yerinə yetirək.

- "Neftçi" üçüncü oldu, daha da yaxşılaşdırmaq mümkündürmü?
- Əlbəttə mümkündür. İkinci yerlə bir xal fərqimiz var. Çempionat davam edir, qarşıda çox oyunlarımız var. Yaxşı yerlərə gəlib çıxa bilərik. Kubokda oyunlarımız var, bunlar bizim üçün önəmlidir.

- Birinci yeri qırağa qoyaq, ya yox?
- Kim istəyir, kənara qoya bilər, amma mәn bu barədə düşünmürəm. Ən yaxşısını etməyə çalışacağıq. "Qarabağ"la iki oyunumuz var, qalib gələ bilsək, hər şey dəyişə bilər.

Elçin Cəlilov


oxunma sayı: 579 | Paylaş:




?>