')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin gәnc qapıçısı Antalya toplanışında iddialı danışdı (MÜSAHİBƏ)

"Neftçi"nin gәnc qapıçısı Antalya toplanışında iddialı danışdı (MÜSAHİBƏ)


oxunma sayı: 896 Paylaş:

FutbolPress"Neftçi"də bu mövsüm oyunu ilə diqqətləri çəkən futbolçu Rza Cəfərovdur. Premyer Liqanın 3-cü turundan şans qazanmağa başlayan qolkiper fürsətdən yaxşı yararlandı və qısa zamanda "ağ-qaralar"ın əsas qolkiperinə çevrildi. Cəfərov bu mövsüm APL-də artıq 7 oyuna çıxıb. O, bu görüşlərin 3-də qol buraxmayıb.

Perspektivli qolkiperlə "Neftçi"nin Antalyadakı toplanışında söhbətləşmək imkanımız oldu:

- Rza, mәşqlәr necә keçir?
- Әla, özümü çox yaxşı hiss edirәm.

- Bir az qәribә sәslәnsә dә deyim,  gözləniləndən daha çox şans qazandın, oynadın. Yorğunluğu çıxarmaqçün kifayәt qәdәr istirahətin edә bildin?
- Bəli, hәr şey qaydasındadır. Yaxşı dincəldim, istirahәtimi İstanbulda keçirdim.

- İlk məşq gününün təəssüratı necədir?
- Hər şey əladır.

- Əvvəlkinə nisbətən fәrqli nә var?
- Nə deyim, hər şey gözəldir. Yeni mәşqçinin ilk mәşqi olsa da, xeyli yaxşı әhvalda keçdi.

- Son vaxtlar diqqətdəsən. Özün də sürətlə parladığının fәrqindәsәn?
- Normal oyunlar oynadım. İlk turlarda şans qazanmışdım, lakin uğursuzluq oldu, qırmızı vərəqə aldım. Çalışdım ki, yenidən şans düşəndə özümü sübut edim.

- "Qırmızı"dan sonra psixoloji cәhәtdәn toparlanmaq çətin olmadı?
- Oyundan sonra bir gün istirahət olmuşdu. Yenidən məşqə qayıdanda komanda yoldaşlarım, məşqçilərim mənə dəstək oldu, hәm dә özüm fikrimi ora yönlәndirmәmәyә çalışırdım.

- "Neftçi"nin əsas qapıçısı olmaq üzrəsən. Bunun böyük məsuliyyət olduğunun fərqindəsən?
- Bәli. Çox böyük mәsuliyyәtdir.



- "Neftçi"dә üzә çıxanadәk hansı mərhələlərdən keçmisən?
- 9 yaşımda "Bakı"nın akademiyasında başlamışam. Samir Әbdürәhmanov mәşq keçib. Sonra "Әlincә"yә keçdim. Burada bir il oynadıqdan sonra - 15 yaşımda  "Qəbələ"yə gəldim. Sonra "Neftçi"yə qoşuldum. "Neftçi"nin  U-16 komandasında bir il ehtiyatda oldum. Burada Elxan Vəliyevlə məşq edirdim. Bu hәddә çatmağımda onun rolu çox olub. Etibar Tarıverdiyev məni əsas komandaya dəvət etdi. 18 yaşımda artıq əsas komandada idim.

- Haqqında danışılanda әn çox meydanda rahat görünmәyin qabardılır...
- Uşaqlıqdan belәyәm. Heç vaxt həyacanım olmur. Olsa da, oyunuma tәsir edәcәk dərəcədə olmur.

- Bu mәsәlәlәr ölkәdaxili oyunlara aiddir. Bәs beynәlxalq oyuna çıxsan...?
- Düşünürəm ki, onda da hәyәcan olmayacaq. "Qəbələ"nin akademiyasında olanda xarici turnirlәrә gedәrdik, onda da həyacan hiss etməzdim.

- Bu turnirlәrin hәyәcanını dәf etmәkdә rolu çox olub yәqin...
- Deyəsən, xasiyyətimdəndir (gülür)

- "Neftçi"də tam möhkəmlənə biləcəksən?
- Bәli.

- Buna əminsәn?
- Bəli.

- Kumirin kimdir?
- Andre Onana ("Mançester Yunayted") və Manuel Noyer ("Bavariya").

- Azərbaycan futbolunda özünü kimə bənzədirdin?
- (Bir qәdәr düşünür) Bu barәdә bir fikrim olmayıb.

- Belə biri yoxdur?
- Xeyr.

Elçin Cəlilov


oxunma sayı: 896 | Paylaş:




?>