')

Bu gün:


FutbolPress.Az | 16 yaşlı braziliyalı Avropa klublarının "radar"ında

16 yaşlı braziliyalı Avropa klublarının "radar"ında


oxunma sayı: 105 Paylaş:

FutbolPress"Palmeyras"ın futbolçusu Estevao Villian Avropanın nəhəng klublarının diqqətinə düşüb.

Futbolpress.az xəbər verir ki, 16 yaşlı vingerlə "Barselona", PSJ, "Mançester Siti", "Çelsi" və "Mançester Yunayted" maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Estevao özü "Barselona"ya keçmək istəyir. Lakin onun sərbəstqalma məbləği 60 milyon avrodur və "Barselona" maliyyə durumuna görə bu məbləği ödəmək gücündə deyil. Eyni zamanda Villian 18 yaşı tamam olana qədər Avropaya köçə bilməz.

Hazırda klublar oyunçunun transfer üçün danışıqlar aparır. "Çelsi" digərlərindən bir addım öndədir.

Villian "Palmeyras"la 12 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.


oxunma sayı: 105 | Paylaş:




?>