')

Bu gün:


FutbolPress.Az | Mbappe "Real"dan nə qədər maaş istəyir?

Mbappe "Real"dan nə qədər maaş istəyir?


oxunma sayı: 243 Paylaş:

FutbolPress"Real"ın Kilian Mbappe israrı davam edir.

Futbolpress.az xəbər verir ki, klubun prezidenti Florentino Peres fransalı forvardla danışıqlar aparır. Lakin futbolçunun maaş məsələsi hələ həll olunmayıb.

Belə ki, 24 yaşlı hücumçu "Real"da hazırda ən çox maaş alan futbolçulardan ikiqat daha çox qazanmaq istəyir. "Kral klubu" futbolçularının məvacib məsələsini nəzarətdə saxlayır. Klubda hazırda ən çox maaş alanlar 17 milyondan 20 milyon avroya qədərdir. Mbappe isə bundan ikiqat çox qazanmaq istəyir.

Tərəflər arasında danışıqlar davam edir və "kral klubu" Mbappe üçün son təklifini hazırlayır.

Bu mövsüm PSJ ilə Liqa 1-də 16 oyunda 18 qol vuran forvardın klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.


oxunma sayı: 243 | Paylaş:




?>