')

Bu gün:


FutbolPress.Az | Alkantara "Barselona"ya qayıda bilər

Alkantara "Barselona"ya qayıda bilər


oxunma sayı: 101 Paylaş:

FutbolPress"Liverpul"un futbolçusu Tyaqo Alkantara karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Alkantara bu mövsüm səhhətində yaranan problemə görə hələ meydana çıxmayıb. "Liverpul" ona oynamadığı üçün maaş ödəmək istəmir və onu qışda pulsuz buraxa bilər.

Tyaqonun adı "Barselona" ilə hallanır. Kataloniya təmsilçisi sabiq oyunçusunu qaytarmaqda maraqlıdır.

Yarımmüdafiəçi 2011-2013-cü illərdə "Barselona"da forma geyinib. O, 2020-ci ildən "Liverpul"da çıxış edir.


oxunma sayı: 101 | Paylaş:




?>