')

Bu gün:


FutbolPress.Az | Qvardiola: "Yaxşı oynayırıq, amma qazana bilmirik"

Qvardiola: "Yaxşı oynayırıq, amma qazana bilmirik"


oxunma sayı: 211 Paylaş:

FutbolPress"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın XVII turunda "Kristal Pelas"la heç-heçə etdikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, ispan mütəxəssis 2:0 öndə olduqları oyunda üstünlüklərini qoruya bilməməklə bağlı bunları deyib:

"Son nöqtəni qoya bilmədik. Qərar verə bilməməyimiz səbəbindən iki xal itirdir. Yaxşı oynadıq, hər detalda pis deyildik. Demək olar, rəqibə qol şansı vermədik. Bu qədər düzgün iş görsək də, qazana bilmədik. "Tottenhem" və "Liverpul"la oyunlarda da belə oldu.  Yaxşı oynayırıq, amma qazana bilmirik".

"Mançester Siti" 17 turdan sonra 34 xalla 4-cü sıradadır.


oxunma sayı: 211 | Paylaş:




?>