')

Bu gün:


FutbolPress.Az | Əsas hədəf Salah olacaq

Əsas hədəf Salah olacaq


oxunma sayı: 321 Paylaş:

FutbolPress"Liverpul"un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı klublarının transferdə əsas hədəfidir.

Futbolpress.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Xəbərdə klubların yayda misirli hücumçu üçün böyük məbləğli təkliflər edəcəyi bildirilib.

Salahın adı daha əvvəl "Əl İttihad"la hallanırdı. Klub 200 milyon funt-sterlinq təklif etsə də, "Liverpul" bunu rədd etmişdi.

31 yaşlı futbolçu 2017-ci ildən Mersisayd təmsilçisinin formasını geyinir. O, bu mövsüm Premyer Liqada 16 oyunda 11 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Salahın müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Kamil Əhməd


oxunma sayı: 321 | Paylaş:




?>