')

Bu gün:


FutbolPress.Az | "Barselona" Musa Qurbanlının komandasından futbolçu istəyir

"Barselona" Musa Qurbanlının komandasından futbolçu istəyir


oxunma sayı: 132 Paylaş:

FutbolPress"Barselona" Musa Qurbanlının çıxış etdiyi "Yurqorden”in futbolçusu Lukas Berqvallanı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İsveç təmsilçisinin idman direktoru yerli mətbuata açıqlamasında məlumat verib:

"Barselona” ilə artıq əlaqələrimiz və dialoqumuz olub. Bununla belə, danışıqlar aparılmır. Keçən həftə əlaqə saxladıq, lakin bu həftə hələ İspaniya klubunun nümayəndələri ilə danışıq olmayıb".

Berqvall 2023-cü ilin fevralından "Yurqorden”də çıxış edir. O, bütün turnirlərdə komandanın heyətində 29 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə edib.



oxunma sayı: 132 | Paylaş:




?>