')

Bu gün:


FutbolPress.Az | Poçettino məğlubiyyətin səbəbini açıqladı

Poçettino məğlubiyyətin səbəbini açıqladı


oxunma sayı: 376 Paylaş:

FutbolPress"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 15-ci turununda "Mançester Yunayted"ə məğlubiyyətin (1:2) əsas səbəblərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, o, oyuna hazırlıq üçün az vaxtın olduğunu bildirdib:

“Rəqib qələbəyə layiq idi. Matçın startı çətin alındı. Bazar günü oynadıq, ona görə də hazırlaşmaq üçün bir gün az qaldı. Bu, oyuna istədiyimiz kimi başlaya bilmədik. İkinci hissə çox yaxşı başladı, amma sonra qol buraxdıq. Oyunu dəyişmək üçün enerjimiz və bacarığımız çatışmırdı. Bu problem idi və bəzən belə şeylər olur. “Mançester Yunayted” qələbəyə layiq idi və bizdən daha yaxşı idi. Diqqətimizi növbəti matça yönəltməliyik”.

“Mançester Yunayted” 27 xal toplayıb və turnir cədvəlində 6-cı pilləyə yüksəlib. "Çelsi" 19 xalla 10-cu pillədə qalıb.


oxunma sayı: 376 | Paylaş:




?>