')

Bu gün:


FutbolPress.Az | Oyun var, nəticə yox - "Turan Tovuz"da uğursuz seriya

Oyun var, nəticə yox - "Turan Tovuz"da uğursuz seriya


oxunma sayı: 638 Paylaş:

FutbolPress"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 15 turdan sonra 16 xalla 8-ci sırada qərarlaşıb. Ayxan Abbasovun yetirmələri sonuncu "Kəpəz"dən 6 xal irəlidədir.

Mövsümə yaxşı başlayan, sonradan eniş yaşayan bölgə təmsilçisi uğursuz seriyadadır. Komanda APL-də 4 turdur, qələbə qazana bilmir. "Sumqayıt"la son turun ev oyunu xaric digər görüşlər məğlubiyyətlə sonlanıb. Nəticələr ürəkaçan olmasa da, komandanın sərgilədiyi oyun haqda bunu demək olmaz. "Qarabağ", "Sabah", "Sumqayıt"la matçlarda kifayət qədər real qol şansı yaradan, sürətli hücumlarla rəqibi təhlükə altında saxlayan "Turan Tovuz"da əsas problem bitirici oyunçunun olmamasıdır. Hücumların sonluğunun gəlməməsi nəticələrin belə alınmasına gətirib çıxarıb.

Komandanın bombardiri Oto Condur. Forvard 5 qolla birinci sıradadır. İkinci yerdə isə müdafiəçi Roderik Millerdir. Standart vəziyyətlərdə başlay yaxşı oynayan müdafiəçi 3 qolla Conu izləyir. Bölgə təmsilçisinin daha iki oyunçusu bu sayda qol vurub - Martin Petkov və Belajdi Pusi. Petkov mövsümə iki qol vuraraq başlasa da, növbəti 14 tura cəmi bir dəfə fərqlənməyib bacarıb. Yay transfer dönəmində heyətə cəlb olunan hücumçu gözləntiləri qarşılamır. Pusi də onun kimi...

Qış fasiləsinə 3 tur qalıb. "Turan Tovuz"un APL-dəki növbəti rəqibləri isə - "Neftçi", "Zirə" və "Araz-Naxçıvan"dır. Komanda ölkə kubokunda da "Zirə" ilə üz-üzə gələcək. Ayxan Abbasovu qarşıda ağır oyunlar gözləyir. Mümkün uğursuzluq qış fasiləsində komandada böyük dəyişikliklərə səbəb ola bilər.

Kamil Əhməd


oxunma sayı: 638 | Paylaş:




?>