')

Bu gün:


FutbolPress.Az | "Barselona"ya məğlub olduq, amma..."

"Barselona"ya məğlub olduq, amma..."


oxunma sayı: 300 Paylaş:

FutbolPress"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqada "Barselona"ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:

"İkinci hissədə komandam yaxşı təsir bağışladı. Hücumlar etdik, sürəti artırdıq, qol şansları yaratdıq. Buna görə rahat ola bilərəm. "Barselona"ya məğlub olduq, amma qarşıda daha vacib şeylər var. Sadəcə gözləmək lazımdır".

"Atletiko" 14 oyundan sonra 31 xalla 4-cü sıradadır.



oxunma sayı: 300 | Paylaş:




?>