')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"də problemlər bitmir

"Kəpəz"də problemlər bitmir


oxunma sayı: 1367 Paylaş:

FutbolPress"Kəpəz" Azərbaycan Premyer Liqasının XV turunda "Sabah"a məğlub oldu - 0:2.

Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı ev oyunlarını Tovuzda keçirən "sarı-göylər" bu mövsüm 15 matçda cəmi 2 qələbə qazanıb, 9 dəfə məğlub olub. Gəncə təmsilçisi 10 xalla sonuncu - 10-cu sıradadır.

"Kəpəz" bir müddət əvvəl uğursuz çıxış fonunda baş məşqçi Azər Məmmədovla yollarını ayırdı. Mütəxəssis də öz növbəsində komanda üçün yeni nəfəsə ehtiyac olduğunu söyləmişdi. Bəs nə dəyişdi?

Baş məşqçi postuna Adil Şükürovun gəlməsindən sonra üç oyuna çıxan "sarı-göylər" cəmi bir qələbə qazanıb. Azərbaycan Kubokunda II Liqa təmsilçisi "Baku Sportinq"lə oyunun əlavə vaxtlarında vurulan qollarla (2:0) mərhələ adlayan "Kəpəz"in APL-də uğursuz çıxışı davam edir. Şükürov komandanın oyun baxımından irəlilədiyini bildirir. Lakin gəncəlilər onsuz da əvvəl də hər matç hücumlar edir, qol imkanları yaradırdı. Amma hücumdakı bitiricilik problemi nəticələrə təsirini göstərirdi. 

"Kəpəz"in bir problemi də müdafiə ilə bağlıdır. Komanda nə qədər hücumlara sürətli çıxıb, təhlükəli vəziyyətlər yaratsa da, müdafiədə də bir o qədər boşluqlar verilir. "Sabah" məhz qollarını da komandanın arxadakı boşluqlarından istifadə edərək vurdu.

Həm müdafiə, həm də hücumdakı problemlər aradan qaldırılmalı, azından buna çalışılmalıdır. Qış fasiləsinə bir ay vaxt qalıb, "Kəpəz"də planlar cızılmalı, bu istiqamətdə işlər başlamalıdır.Bu heyət Premyer Liqada qalacaq gücdə deyil. Azından 15 turda alınan nəticələr bunu deməyə əsas verir. "Kəpəz" sanki ötən mövsümün təkrarını yaşayır. Mövsümə başqa, mövsümün gedişində başqa məşqçi ilə yoluna davam edən "sarı-göylər" ötən il də qış fasiləsindən sonra yaxşı nəticələr əldə etmiş və elitada qalmışdı. 

Kamil Əhməd


oxunma sayı: 1367 | Paylaş:




?>