')

Bu gün:


FutbolPress.Az | Erik ten Haqdan etiraf

Erik ten Haqdan etiraf


oxunma sayı: 220 Paylaş:

FutbolPress"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Premyer Liqanın XIV turunda "Nyukasl"a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

"Çətin ilk hissə keçirdik. Fasiləyə bərabər yollanmağımıza sevindik və oyunda qalmalı olduğumuzu bilirdik. Oyunun son anlarında geridönüş etməyi bacardıq, məhz bu cür əzmkarlıq istəyirəm.

Sona qədər mübarizə apardıq, bərabərlik ola bilərdi. Amma etiraf edək ki, "Nyukasl" layiqli qələbə qazandı".


"Nyukasl" 14 turdan sonra 5-ci, "Mançester Yunayted" isə 7-ci sıradadır.


oxunma sayı: 220 | Paylaş:




?>