')

Bu gün:


FutbolPress.Az | "Barselona" istəyir, PSJ alır

"Barselona" istəyir, PSJ alır


oxunma sayı: 272 Paylaş:

FutbolPress"Korintians"ın yarımmüdafiəçisi Qabriel Moskardo karyerasını PSJ-də davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Parislilər qış transfer pəncərəsində 18 yaşlı futbolçunun 22 milyon avroya transferi ilə bağlı razılığa gəliblər.

İspaniya mətbuatı "Barselona"nın Moskardonu transfer etmək üçün "Korintians"la danışıqlar apardığını yazmışdı.

Cari mövsümdə yarımmüdafiəçi 36 oyun keçirib, 1 qol vurub və 10 sarı vərəqə alıb. "Transfermarkt" onun dəyərini 1,5 milyon avro qiymətləndirir.


oxunma sayı: 272 | Paylaş:




?>